Dünya futbolu
Zidan yenidən PSJ-nin gündəmində
PSJ rəhbərliyi baş məşqçi Kristof Qaltyenin rəhbərliyi altında komandanın son nəticələrindən narazıdır.
Futbolinfo.az xəbər verir ki, parislilər bir həftə ərzində ardıcıl üç məğlubiyyət alıblar.
Fransa kubokunun 1/8 finalında Marsel “Olimpik”inə 1:2 hesabıyla uduzan paytaxt təmsilçisi, Liqa 1-də “Monako”dan (1:3) və Çempionlar Liqasında “Bayern”dən (0:1) də zəif olub.
“Le Parisien” nəşrinin iddiasına görə, bu məğlubiyyət seriyası Qaltyenin baş məşqçi postundakı mövqeyini zəiflədib. Ardıcıl dördüncü məğlubiyyət PSJ-nin sahibləri üçün problem olacaq. Rəhbərlik növbəti iki matçın nəticələrini diqqətlə izləyəcək: Liqa 1-də “Lill” və Marsel “Olimpik”i ilə oyunları.
PSJ-nin rəhbərləri təkcə nəticələrdən deyil, həm də, komandanın oyunundan narazıdırlar. Xüsusilə, Çempionlar Liqasında “Bayern”lə matçın ilk yarısından.
Klubun sahibləri fransalı mütəxəssis Zinəddin Zidanın PSJ-yə baş məşqçi gəlməsini arzulayır. Artıq il yarımdır ki, tərəflər əlaqə saxlasalar da, Zidan Fransa yığmasında işləməyə üstünlük verir. Didye Deşamın Fransa millisi ilə müqaviləsinin uzadılması fonunda vəziyyət dəyişə bilər.
- Premyer-liqa2024-05-17 22:21
“Qarabağ” “Turan Tovuz”a qalib gəldi
- Ölkə futbolu2024-05-17 11:12
Vaqner Silva: “Avropada “Qarabağ”dan qorxurlar”
- Ölkə futbolu2024-05-17 13:38
“Avropanı şoka salmalarına dəqiqələr çatmadı”
- Premyer-liqa2024-05-17 23:50
“Əcnəbi hakimlərinin dəvət olunmasını xoş qarşılamadım” – Qurban Qurbanov