Dünya futbolu
Zidanın Mançesterə köçmək istəmir
Zinəddin Zidan “Mançester Yunayted”də işləmək arzusunda deyil. Bu barədə Fransanın “RMC Sport” telekanalı məlumat verib.
Kanalın xəbərinə görə, təklif gələrsə, Zidan bunu qəbul etməyəcək.
Xatırladaq ki, Zidan 2016-2018 və 2019-2021-ci illər aralığında Madrid “Real”ının baş məşqçisi olub. İspaniya klubunda o, 2 dəfə İspaniya superkubokunu və 2 dəfə də La liqanı qazanıb. Bundan başqa o, 3 dəfə də Çempionlar Liqasının qalibi olub.
“Real”ı tərk etdikdən sonra Zidan, heç bir yerdə işləməyib. Halbuki ona Marsel “Olimpik”i, “Yuventus”, “Bayern” və Əlcəzair yığmasından təkliflər olub.