Ölkə futbolu
“Zirə” Macarıstan klubuna məğlub oldu
“Zirə” Antalyadakı təlim-məşq toplanı çərçivəsində bu gün növbəti yoxlama oyununa çıxıb.
Futbolinfo.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçi olduğu komanda Macarıstanın “Seged-Çanad” kollektivi ilə qarşılaşıb.
Bakı vaxtı ilə saat 13:00-da başlayan bu oyunda qapılara dörd qol vurulub. Yekunda “Zirə” 1:3 hesablı məğlubiyyətə üzülüb. Azərbaycan təmsilçisinin yeganə qolunu Toni Qomes vurub.
“Zirə” bu gün daha bir yoxlama oyunu keçirəcək. İkinci oyundakı rəqib isə “Radniçki” (Serbiya) olacaq. Serblərlə oyun saat 16:30-da start götürəcək.
Xatırladaq ki, “Zirə” daha öncə Rumıniyanın “Kindiya” komandası ilə oyundan 3:2 hesablı qələbə ilə ayrılmışdı.
Qeyd edək ki, “Zirə” sabah Bakıya dönəcək.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Ölkə futbolu2024-05-04 10:19
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO