Ölkə futbolu
“Zirə” Respublika Stadionuna köçdü
“Zirə”nin ev oyunlarını keçirdiyi Zirə İdman Kompleksinin stadionunun qazonunda əsaslı təmir və yeniləmə işləri aparılır. Bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Klub bu səbəbdən PFL-ə rəsmi müraciət edərək Misli Premyer Liqasının 27-ci turunda “Kəpəz”lə ev oyununun Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməsini istəyib. Klubun müraciəti, eləcə də stadionun son durumunun fotoları və mütəxəssis rəyləri nəzərə alınaraq oyunun mərkəzi arenada keçirilməsinə qərar verilib.
Martın 16-da keçiriləcək oyun saat 16:00-da başlayacaq.
“Zirə” Azərbaycan kubokunun yarımfinal oyunundan etibarən (“Zirə” – “Qəbələ”, 2 aprel) Zirə İdman Kompleksinə stadionuna qayıdacaq.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı