Ölkə futbolu
“Zirə” və “Qəbələ”nin legionerlərinə bir oyunluq cəza
AFFA İntizam Komitəsi “Zirə”nin futbolçusu İssa Cibrilanı bir matçlıq cəzalandırıb. Yarımmüdafiəçi “Turan Tovuz”la heç-heçə (1:1) etdikləri Premyer Liqanın XXV turunun matçında rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyi üçün birbaşa qırmızı vərəqə aldığı üçün cəzaya məruz qalıb.
“Qəbələ”nin legioneri Lukas Afriko da bir görüşdə komandasına kömək edə bilməyəcək. Müdafiəçi “Səbail”ə uduzduqları (2:3) qarşılaşmada qırmızı vərəqə görüb.
Futbolçusu cəzalanan klublar bu səbəbdən hərəyə 800 manat ödəməli olacaq.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı