Ölkə futbolu
“Zirə”nin azərbaycanlı futbolçusu Ukrayna millisinə çağırıldı
Macarıstanın Seqed şəhərində təlim-məşq toplanışı keçəcək Ukraynanın gənclər millisinin heyəti açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, baş məşqçi Ruslan Rotanın dəvət etdiyi 22 futbolçu arasında Azərbaycan Premyer Liqasında çıxış edən oyunçu da var. Bu, “Zirə”nin yarımmüdafiəçisi Eldar Quliyevdir.
O, həm hazırlığa qoşulacaq, həm də martın 25-də Yaponiyanın U-21 yığmasına qarşı keçiriləcək yoldaşlıq görüşündə iştirak edəcək. Ukraynalıların bu toplanışı Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlıq xarakteri daşıyır.
Qeyd edək ki, Eldar Quliyev “Zirə”yə ötən il Ukraynanın “Minay” klubundan keçib. Azərbaycanlı yarımmüdafiəçi indiyədək yığma komandamıza dəvət almayıb.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı