Ölkə futbolu
Zubir peşmanlığı – Regekampf onu arzulayırmış
Rumıniyanın “Styaua” klubunun sahibi Gigi Becali maraqlı açıqlama ilə diqqət çəkib. Futbolinfo.az saytı yerli mətbuata istinadən xəbər verir ki, futbol funksioneri ən böyük peşmanlıqlarından birinin “Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubiri almamaq olduğunu etiraf edib.
Məsələ burasındadır ki, 2015/2016 mövsümündə “Petrolul”da çıxış edəndə “Styaua”nın həmin vaxtkı baş məşqçisi Laurentsiu Regekampf onu sərəncamında görmək istəyib. Lakin Becali 2015-ci ilin sonunda çalışdırıcının bu istəyinə qarşı çıxıb və Zubirin transferindən imtina edib.
Mərakeş əsilli oyunçunun sonradan “Lans” və “Qarabağ”da sərgilədiyi oyun isə Becalini bu qərarına görə peşman edib. Zubir Regekampfın əlinin altında oynamasa da, ötən mövsüm rumıniyalı “Neftçi”ni çalışdıranda ona rəqib olub.
Qeyd edək ki, Abdullah Zubirin “Qarabağ”la müqaviləsi gələn ilin yayına qədərdir.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO
- Ölkə futbolu2024-05-04 10:19
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”