Ölkə futbolu
“Ən yaxşı oyunumuzu keçirdik” – Joze Alesio
Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində bu gün “Lozniça Qrad”la keçirilmiş oyundan sonra “Araz Naxçıvan”ın baş məşqçisi Joze Alesio Da Silva fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, braziliyalı mütəxəssis 1:4 hesabıyla uduzduqları matçla bağlı federasiyanın rəsmi saytına açıqlamasında bunları söyləyib:
“Ən yaxşı oyunumuzu keçirdik. Statistikaya baxdıq, köməkçi məşqçi Cordan 67 epizod yaratdığımızı, qapıya 31 zərbə endirdiyimizi dedi. Amma nəticə bunu gostərmir, bu qədər epizodumuz ola-ola cəmi 1 qol vurduq. Deməli, realizə ilə bağlı problemimiz var. Bu qədər epizodlardan istifadə edə bilmirsənsə, rəqib şansını qacırmayacaq. “Lozniça Qrad” da təcrübəli komandadır.
Qrupdan çıxmaq şansımız qalmayıb, amma son turda “Mostar”la keçirəcəyimiz oyuna qələbə qazanmaq üçün çıxacağıq”.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı