Bizi izləyin

Müsahibə

“Sumqayıt”ın legioneri: “Bu heyət bizə bəs etməyəcək”

blank
blank

“Sumqayıt” klubunun futbolçusu Abu Dossonun futbolinfo.az saytına müsahibəsi

– Son turda Tovuz səfərindən 4:1 hesablı qalibiyyət və 3 xalla qayıtdınız. Qələbənizdə əsas rolu nə oynadı?

– Çempionatın elə dönəmidir ki, hər bir oyun böyük önəm kəsb edir. Bunu nəzərə alaraq, matça çox istəkli çıxmışdıq. Komandamızın hər bir üzvünün tək məqsədi var idi: meydanı 3 xalla tərk etmək. Məncə, qələbəmizdə məhz bu amillər rol oynadı.

– Hesab oyuna görə oldu?

– Rəqib də meydana qələbə üçün çıxmışdı, üstəlik evdə oynayırdı. Bu mənada, təbii ki, əziyyət çəkdiyimiz anlar oldu. Ancaq rəqibin hücumları zamanı təzyiqdən çıxa bildik, rahat oynadıq. Çünki bu qələbənin bizim üçün nə qədər vacib olduğunu dərk edirdik.

– “Sumqayıt”ın heyətində oyunun ən yaxşılarından biri idiniz. Vurulan 2 qolda yaxından iştirak etdiniz. Öz performansını necə dəyərləndirirsiniz?

– Matç ərzində öz-özümə deyirdim ki, meydanda daha çox güc sərf etməliyik. Bunun öhdəsindən birlikdə gəldik. Buna görə də sırf özümü ayırmaq istəmirəm. Vacib səfər qələbəsini komanda şəklində qazandıq.

– Növbəti turda sizi “Qarabağ”la ağır oyun gözləyir. Liderdən xal almaq şansınız nə qədərdir?

– Hamımız bilirik ki, asan oyun olmayacaq. Rəqibin gücü hər kəsə bəllidir. Buna baxmayaraq, məğlub olmamaq üçün nə lazımdırsa, edəcəyik. Əminəm ki, oyun ərzində bizim də qol imkanlarımız olacaq. Əsas məsələ həmin epizodları realizə etməkdir. Bunu bacarsaq, matçdan xal və ya xallarla ayrılmaq şansımız yaranacaq.

– “Sumqayıt”ın mövsümü hansı pillədə bitirəcəyini düşünürsünüz?

– Bizim üçün ən vacib məsələ mövsümü ilk “3-lük”də bitirməkdir. İnşallah, bunun öhdəsindən gələcəyik. Bunu bacaracağımıza inanıram.

– Komandanız avrokuboklara vəsiqə qazanacağı halda, hazırkı heyətlə Avropa Liqası və ya Konfrans Liqasında uğurlu çıxış etmək mümkündür?

– Hesab edirəm ki, avrokuboklara vəsiqə əldə edə bilsək, heyəti gücləndirmək lazım gələcək. Çünki paralel olaraq iki cəbhədə – Premyer Liqa və avrokubokda mübarizə aparmaq üçün bu heyət bizə bəs etməyəcək.

– Növbəti mövsümün 12 komanda ilə keçirilə biləcəyi haqda məlumatlar dolaşır. Bu məsələyə münasibətiniz necədir? Sonuncu yeri tutanı liqada saxlamaqla komanda sayı 12-yə çatdırılsa, yaxşıdır, yoxsa idman prinsiplərini qorumaq və çempionatı elə 10 komanda ilə keçirmək daha düzgündür?

– Dediyiniz kimi, bunlar söz-söhbətdir. Hələ bu barədə rəsmi məlumat yoxdur. Şəxsən mənə görə, komanda sayının 12-yə çatdırılması çempionatda rəqabəti daha da gücləndirər.

AĞA

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-04-24 15:14

Teves xəstəxanaya yerləşdirildi

blank
Layihə2024-04-24 15:00

İdman və düzgün qidalanma

blank
Müsahibə2024-04-24 14:45

“Sumqayıt”ın legioneri: “Bu heyət bizə bəs etməyəcək”

blank
Dünya futbolu2024-04-24 14:31

“Yuventus” rekordunu yenilədi

blank
Ölkə futbolu2024-04-24 14:14

Ramos “Neftçi”yə “Qarabağ”la rəqabət aparmağın yolunu göstərdi

blank
Dünya futbolu2024-04-24 13:57

19 illik dönəm bitir

blank
Digər idman növləri2024-04-24 13:38

MMA döyüşçülərindən üçünün həbs müddətini uzadıldı, biri azadlığa buraxıldı

blank
Digər idman növləri2024-04-24 13:20

Azərbaycan çempionatının ən yaxşı oyunçuları müəyyənləşdi

blank
Digər idman növləri2024-04-24 13:02

Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb

blank
Digər idman növləri2024-04-24 12:44

İkinci finalçı da bəlli oldu

blank
Digər idman növləri2024-04-24 12:28

Basketbol Liqasında müntəzəm mövsümün son turu başlayır

blank
Müsahibə2024-04-24 12:09

Vüsal daha üst pillələrə can atır: “Rahatlaşmaq olmaz”

blank
Digər idman növləri2024-04-24 11:54

Ferstappen ABŞ qran-priləri üçün xüsusi dəbilqə hazırlatdırdı

blank
Digər idman növləri2024-04-24 11:39

“Ferrari” qarşıdakı yarışda fərqli dizaynda olacaq

blank
Ölkə futbolu2024-04-24 11:22

Kubokun cavab oyunlarına hakim təyinatları açıqlandı

blank
Ölkə futbolu2024-04-24 11:07

Abu Akal “Qəbələ”dən incik ayrılmayıb: “Bu klubun etdiklərini unutmaram”

blank
Digər idman növləri2024-04-24 10:50

“Real” qələbə ilə başladı

blank
Digər idman növləri2024-04-24 10:35

İki seriyada hesabda tarazlıq yarandı

blank
Dünya futbolu2024-04-24 10:18

İki futbolçu saxlanıldı – zorakılığa görə

blank
Ölkə futbolu2024-04-24 10:00

Samir Abasov Xaviylə görüşə gedib

blank
Dünya futbolu2024-04-24 09:42

Qrimaldo İspaniyaya qayıtmaq istəyir

blank
Dünya futbolu2024-04-24 09:27

Çempionlar Liqası: “Əl Hilal”ı finala buraxmadılar

blank
Ölkə futbolu2024-04-24 09:10

Klublarımızın potensial rəqiblərindən 31-i bəllidir

blank
Dünya futbolu2024-04-24 08:52

“Liverpul” yeni məşqçi tapdı

blank
Ölkə kuboku2024-04-24 08:35

Kubokun finalına kimlər çıxacaq?

blank
Dünya futbolu2024-04-24 08:17

Poşettino darmadağına görə utanmır

blank
Ölkə futbolu2024-04-24 08:00

Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”

blank
Dünya futbolu2024-04-24 01:27

“Yuventus” finalda!

blank
Dünya futbolu2024-04-24 01:11

“Çelsi” “Arsenal”a biabırçı hesabla uduzdu

blank
Digər idman növləri2024-04-24 00:15

Azərbaycan çempionatına start verildi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm