Digər idman növləri
İkinci finalçı da bəlli oldu
AMEA-nın Mərkəzi Elmi kitabxanasında keçirilən kişi şahmatçılar arasında Azərbaycan çempionatında ikinci finalçı müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, Məhəmməd Muradlı ilə Vüqar Rəsulov arasında klassik oyunlardan sonra heç-heçə qeydə alınıb.
Hərəyə 1 qələbə qazanan şahmatçılar finala vəsiqə uğrunda tay-brekdə mübarizəni davam etdirib.
Xatırladaq ki, əsasnaməyə əsasən, bu halda 2 rapid oyun və əgər bərabərlik pozulmazsa, 2 blits partiya və nəhayət sonda armageddon ilə qalib müəyyən olunur. Tay-brekdə ilk oyunda qara fiqurlarla oynayan Məhəmməd Muradlı qələbə qazanıb. Növbəti oyunda Vüqar Rəsulov hesabı bərabərləşdirməyə nail olub. Blitsdə ilk qələbəni bu dəfə Vüqar Rəsulov əldə edib, daha sonra qara fiqurlarla oynayan Məhəmməd Muradlı məğlubiyyətin əvəzini çıxıb – 3:3. Üçüncü oyunda qalib gələn Məhəmməd Muradlı finala adlayıb – 4:3.
Bu gün başlayacaq final mübarizəsində çempionluq uğrunda Aydın Süleymanlı və Məhəmməd Muradlı yarışacaq. 3-cü yer uğrunda görüşdə Vüqar Rəsulov ilə Xəzər Babazadə üz-üzə gələcək.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Milli komanda2024-04-22 13:46
Fişer: “AFFA-dan təklif almamışam”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…