Digər idman növləri
Azərbaycan çempionatının qalibi bəlli oldu
Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, Bakı İdman Sarayında baş tutan final matçında “Azərreyl” və “Abşeron” kollektivləri üz-üzə gəlib.
Qarşılıqlı hücumlar şəraitində keçən matçda ilk set 25:13 hesabı ilə “Azərreyl”in xeyrinə başa çatıb. “Abşeron” ikinci seti 25:15 öndə tamamlayıb. Sonra ardıcıl iki setdə 25:21 üstün olan “Azərreyl” rəqibini 3:1 hesabı ilə məğlub edərək Azərbaycan çempionu olub.
Dünən kişi voleybolçular arasında çempionatın final qarşılaşmasında “Azərreyl” kollektivi “Murov Az Terminal”a 3:2 hesabı ilə qalib gəlib.