Ölkə futbolu
Əfran İsmayılovun yeni klubu bəlli oldu
2019/20 mövsümünün sonunda “Keşlə”dən ayrılan Əfran İsmayılov özünə yeni iş yeri tapıb.
Futbolinfo.az xəbər verir ki, o, “Səbail”ə keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
32 yaşlı yarımmüdafiəçi “dənizçilər”lə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Əfran İsmayılov daha əvvəl “Turan”, “Qarabağ”, “Bakı”, “Xəzər Lənkəran”, “İnter” və “Sumqayıt” klublarında da çıxış edib. O, Azərbaycan millisinin heyətində 39 oyun keçirib.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”