Ölkə futbolu
Ələsgərov “Bursaspor”dan ayrılacaq
Azərbaycan millisinin üzvü Namiq Ələsgərov mövsümün sonunda “Bursaspor”dan ayrılacaq. Buna səbəb Bursa təmsilçisinin I liqanı tərk etməsidir.
Türkiyənin II liqasının reqlamentinə əsasən, burada mübarizə aparan klublar legioner oynada bilməz. “Bursaspor”da legioner statusunda olan Ələsgərov mövsümün sonunda klubu tərk edəcək.
Azərbaycan millisinin üzvü bu mövsüm “Bursaspor”la 36 oyunda 8 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb. Elə buna görə ona yeni təkliflər gəlməlidi. Türkiyə Superliqa təmsilçilərinin bəziləri də ona müştəri düşüb. Ən real təklif “Sivasspor”dandı.
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…
- Premyer-liqa2024-04-20 20:55
“Zirə” “Neftçi”yə qalib gəldi