Ölkə futbolu
“Əl-Əyn” Bəhlulun transferindən imtina etdi! – “Sabah” şikayət edəcək
“Sabah” klubu Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əyn” klubundan futbolçu Bəhlul Mustafazadənin keçidi ilə əlaqədar transfer müqaviləsinin ləğv edilməsi ilə bağlı məktub alıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə “Sabah” rəsmi saytı vasitəsilə məlumat yayıb. Məlumatda deyilir:
“Futbolçunun keçidindən imtina, transfer reallaşdıqdan 18 gün sonra edilib. Hansı ki, futbolçunun “Sabah”la müqaviləsi artıq qüvvədən düşmüş hesab edilirdi. Klubumuz məsələ ilə bağlı “Əl-Əyn”ə qarşı maliyyə və intizam cəzaları tələbi ilə FİFA-ya müraciət etməyə hazırlaşır. Bəhlulun statusuna gəldikdə isə, futbolçu hazırda azad agentdir”.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq