Ölkə futbolu
“Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq” – Murad Musayev
“Sabah” iyulun 26-da ilk avrokubok oyununa çıxacaq.
Futbolinfo.az xəbər verir ki, matçdan öncə baş məşqçi Murad Musayev oyunla bağlı fikirlərini bildirib:
“Komanda olaraq yaxşı hazırlıq keçdik. Bütün futbolçular sabahkı oyunu gözləyir. Hazırda Latviyada çempionat davam edir. Bu rəqib üçün üstünlük sayıla bilər. Lakin bunda qorxulu heç nə yoxdur. Hər şey bizim özümüzdən asılıdır.
Azarkeşlərimizə demək istərdim ki, yaxşı nəticə üçün var qüvvəmizlə sona kimi mübarizə aparacağıq. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”.
Qeyd edək ki, RFS – “Sabah” oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Premyer-liqa2024-05-04 18:23
“Kəpəz”dən “Sumqayıt”la əzmkar heç-heçə
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO