Premyer-liqa
“Səhvlərimiz kifayət qədər çox idi” – Bojoviç
“Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç Azərbaycan Premyer Liqasının 33-cü turu çərçivəsində səfərdə “Qarabağ”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, o, 0:5 hesabı ilə məğlub olduqları matçla bağlı bunları söyləyib:
“Məyusam, hesab bizi qane edə bilməz. Azarkeşlərdən üzr istəyirəm. Asan şəkildə məğlub olduq. Səhvlərimiz kifayət qədər çox idi. Qırmızı vərəqədən sonra aydın idi ki, böyükhesablı məğlubiyyət olacaq.
Hər oyuna rəqibdən asılı olmayaraq, qələbə üçün çıxırıq. Bu gün rəqibimiz “Qarabağ” idi. Onların “Sabah” və “Sumqayıt”la oyunlarına baxdıqdan sonra düşüncələrimiz var idi. Pressinq etməyə çalışırdıq. “Sabah” və “Sumqayıt”la oyunlarda rəqibin mərkəzdə boşluqlar verdiyini görmüşdük. Amma bu gün fərqli “Qarabağ” meydanda idi. Çempionatın əvvəlində onların oyunu başqa idi. Biz də düşündük ki, bundan istifadə edə biləcəyik. Amma erkən qol buraxdıq. Bundan sonra düşündüyümüzü etmək çox çətin idi. Bu gün azarkeşlər tribunada idilər. Biz isə yox. Oyunu təhlil etdikdən sonra dərs çıxaracağıq”.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq