Ölkə futbolu
Ozan Can cəzalandı, komandası uduzdu
Azərbaycan milli komandasının üzvü Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” Niderland birinci divizionunda növbəti oyununa çıxıb.
Sözügedən komanda 37-ci turda səfərdə “Helmond Sport”la qarşılaşıb. Görüşdə “Eyndhoven” 0:2 hesabı ilə uduzub.
Ozan Can da bu oyunda iştirak edib. O, meydana start heyətdə çıxıb və sona qədər oynayıb.25 yaşlı yarımmüdafiəçi 87-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
Qeyd edək ki, hazırda “Eyndhoven” 40 xalla 15-cidir.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq