Dünya futbolu
Əliyev penaltini qola çevirdi, “Ufa” kubok matçında qələbə qazandı
Futbol üzrə Rusiya kubokunda qrup mərhələsinin oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Legion Dinamo” ilə qarşılaşıb. Oyunun əsas vaxtı 1:1 hesabıyla başa çatıb. Qalib isə penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Ufa” 2:0 hesabıyla qalib gəlib.
Azər də bu görüşün iştirakçısı olub. O, ilk dəqiqələrdən mübarizə apardığı matçın sonunadək meydanda olub. “Ufa”nın heyətində penaltini yerinə yetirən ilk futbolçu da Əliyev olub və hədəfdən yayınmayıb.
Digər azərbaycanlı futbolçu Ayaz Quliyevin komandası – Tula “Arsenal”ı da səfərdə Bryansk “Dinamo”su ilə üz-üzə gəlib. Zədədən əziyyət çəkən Ayaz komandasının 6:1 hesablı qələbəyə sevindiyi oyunda iştirak etməyib.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı