Dünya futbolu
Ən yaxşı adına namizədlər
Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər müəyyənləşib. “Roma”dan Nemanya Matiç, “Bayer”dən Edmond Tapsoba, “Yuventus”dan Federiko Qatti və “Sevilya”dan İvan Rakitiç bu ada namizəddir.
Konfrans Liqasında isə “Vest Hem”dən Deklan Rays, Səid Benrahma, “Fiorentina”dan Kristiano Biraqi və “Bazel”dən Andi Diuf ən yaxşı adına iddialıdır.
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə bəlli olacaq.