Dünya futbolu
10 milyon avroya qapıçı aldı – Fransa klubu
Fransanın “Renn” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Dijon”un qapıçısı Alfred Qomisi transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. “Renn” seneqallı qapıçı üçün “Dijon”a 10 milyon avro ödəyəcək.
Alfred Qomis 2019-cu ildən “Dijon”un uğurları üçün çalışırdı. O, daha öncə “Krotone”, “Avellino”, “Çezena”, “Bolonya”, “Salernitana”, SPAL klublarında da çıxış edib. Qolkiper həm də Seneqal yığmasının üzvüdür.
“Renn” bir müddət əvvəl qapıçısı Eduard Mendini 25 milyon avroya “Çelsi”yə satmışdı. Bu komandanın əsas qapıçısı isə 36 yaşlı Romen Salendir.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq