Müsahibə
Kurtar: "Akpovetanın gəlməsinin əhəmiyyəti yoxdu"
"Rəvan"ın baş məşqçisi Güvənç Kurta…
"Rəvan"ın baş məşqçisi Güvənç Kurtarın futbolinfo.az saytına müsahibəsi
– Bu tur "Neftçi" ilə qarşılaşacaqsız. Hazırlıqlar necə gedir?
– "Neftçi" ilə oyunda xala ehtiyacımız var. Yaxşı oyun olacaq. "Neftçi" son turlarda xal itirdi. Biz necə kuboka diqqətimizi yönəltdiksə, "Neftçi" də hazırda bütün gücü ilə kubok üçün çalışır. Heyətdə çatışmazlıqlar var. Dmitri Kruqlov və Oke Akpoveta zədəlidi. Onsuz da Oke hələ Bakıya qayıtmayıb. Bundan başqa Lukaş Sapela da zədədən əziyyət çəkir. Bütün bunlara baxmayaraq, meydana qələbə qazanmaq üçün çıxacağıq.
– "Neftçi"nin son oyunlarını izləmisiz?
– Mən AZAL-la qaşrılaşmanı bu gün izləyəcəm. Çünki oyunun videoyazısını bu gün əldə etmişəm.
– Siz kubokda bu komandaya məğlub olmuşduz. Həmin məğlubiyyətin əvəzini çıxmaq olacaq?
– Bizim xala ehtiyacımız var və qalib gəlmək istəyirik.
– Akpoveta nə vaxt qayıdacaq?
– Onunla bağlı problem yaşayırıq. Bu gün də gəlmədi. Onsuz da kubok oyununda Okedən gözlənilənləri ala bilmədik. Bundan sonra onun gəlib-gəlməməsinin əhəmiyyəti də yoxdu. Ağlında nə olduğunu bilmirik.
– Demək olar ki, artıq Oke "Rəvan"la yolları ayırıb?
– Ola bilər, özü biləcəyi işdi. Artıq onun "Rəvan"da olmasının heç bir əhəmiyyəti yoxdu.
– Artıq "Sumqayıt"la xallar eynidi. Mövsümü hansı pillədə qapayacağınızı düşünürsüz?
– İnanıram ki, öz yerimizdə qalacağıq. Düzdü, "Qarabağ" çempion oldu. Amma mənə görə, "Sumqayıt"ın bu oyunda qalib gəlmək şansı yoxdu. Biz isə "Neftçi"ni məğlub edə bilərik.
– Artıq "Qarabağ"ın xala ehtiyacı yoxdu. Ola bilər ki, "Qarabağ" "Sumqayıt"a xal hədiyyə etsin?
– Ola bilməz, nə "Qarabağ"ın rəhbərliyi, nə məşqçi heyəti, nə də futbolçuları bunu etməz. Çempion komanda adına layiq oynamalıdı. Azarkeşlər də bunu qəbul etməz, çünki tale həll edən bir oyundu. Başqa heç nə düşünmürəm.
– "Qarabağ" çempionluğa layiq idi?
– Təbii ki. Bu, onların haqqı idi. Mən də çempion olmaları münasibəti ilə bütün komanda heyətini təbrik edirəm. "Qarabağ"a Çempionlar Liqasında uğurlar arzulayıram.
– Yay transfer pəncərəsinə az qalıb. Kimlərin gedəcəyini, kimlərin gələcəyini müəyyən etmisiz?
– Yox, hələ bütün diqqətimizi Premyer Liqaya yönəltmişik. Bu barədə hələ ki, rəhbərliklə söhbət etməmişəm. Bunlar asan məsələlərdi.
– Qışda vaxt azlığından şikayətlənirdiz, indi qarşınızda çalışmaq üçün uzun müddət var. Yeni mövsümdən necə "Rəvan" görəcəyik?
– Yeni mövsümdən daha güclü "Rəvan" görəcəksiz. "Rəvan" gələn ildən ilk 4 pillə üçün mübarizə aparacaq komanda olacaq. Avrokuboklar uğrunda mübarizə aparacağıq.
RÖVŞƏN ƏHLİMANOĞLU
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var