Dünya futbolu
“Barselona”nın futbolçuları tarixə düşdülər
İspaniya təmsilçisi “Barselona”nın futbolçuları Rafinya və Lamin Yamal klubun tarixinə düşüblər.
Futbolinfo.az xəbər verir ki, adıçəkilən oyunçular UEFA Çempionlar Liqasının (ÇL) 1/4 final mərhələsində Fransanın PSJ klubu ilə cavab matçında bunu gerçəkləşdiriblər.
Qarşılaşmada hesabı açan Rafinya kataloniyalıların turnirdəki 600-cü qolunun müəllifi olub. Ona məhsuldar ötürmə verən Yamal isə pley-offlarda assist edən ən gənc oyunçu ünvanını ələ keçirib. Yamal 16 yaş 278 günlüyündə bunu bacarıb.
Bundan başqa, “Barselona” tarixində ilk dəfə pley-offun birinci görüşündə səfərdə qələbə qazandıqdan sonra ÇL-də mərhələ adlaya bilməyib.
Parisdə 3:2 hesablı qələbə qazanan “Barselona” öz meydanında 1:4 hesabı ilə uduzaraq avrokuboklarla vidalaşıb. Mübarizəni davam etdirən PSJ yarımfinalda Almaniyanın “Borussiya” (Dortmund) klubuna rəqib olub.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Müsahibə2024-04-16 08:00
Atanqana döyülməsini təkzib edir: “Komanda yoldaşlarımla aramızda heç bir problem yaşanmayıb”