Dünya futbolu
Mourinyo: "Suares rəqib futbolçuları dişləyir”
"Çelsi"nin baş məşqçisi Joze Mourinyo maraq…
"Çelsi"nin baş məşqçisi Joze Mourinyo maraqlı fikirləri ilə diqqət mərkəzinə düşüb. Futbolinfo.az xəbər verir ki, o, Premyer Liqada ilin futbolçusunu edərkən səhv seçim aparıldığını iddia edib:
"Suares futbolçuları dişləyir. Düzdü, o, bunu ötən mövsüm edib. Ancaq belə xətalar həmişə danışılır və yaddan çıxmır. Məncə, ilin futbolçusu hər zaman çempion komandalardan seçilməldi. Dzeko mövsümün ən yaxşı futbolçusu olmalıdı. Çünki o, çempionatın əvvəlində komandasının üçüncü hücumçusu idi. Hətta bəzən baş məşqçiləri ona şans vermirdi. Ancaq sonradan necə inkişaf etdiyini gördünüz. Dzeko qol vurmaqdan əlavə məhsuldar ötürmələri ilə də seçilirdi. Həm də o, dürüst futbolçudu, heç vaxt özünü yerə ataraq hakimi aldatmır".