Bizi izləyin

Müsahibə

"Bu, ÇL matçları öncəsi "Qarabağ"a yüksək motivasiya olacaq"

"Qarabağ" 21 ildən sonra çempion olmaqla azarkeşl?…

blank
"Qarabağ" 21 ildən sonra çempion olmaqla azarkeşlərini sevindirdi. Futbolinfo.az xəbər verir ki, Qurban Qurbanoun yetirmələri uzun həsrətdən sonra Çempionlar Liqasında mübarizə aparacaq.
 
Buna qədər mayın 17-də "Qarabağ" qızıl medallara qovuşacaq. Komandanın bu uğuru qazanmasında sözsüz ki, azarkeşlərin də öz xüsusi payı var. "Qarabağ"a azarkeşlik edən və daima yenilikləri ilə seçilən "İmarət" fan-klubu da adəti üzrə bu yolda sonadək komandasının yanında oldu. Bəs görəsən, azarkeşlər komandalarının çempionluğu haqda nə düşünür? Saytımıza müsahibə verən "İmarət" fan-klubunun idarə heyətinin üzvü Qabil Hüseyn bu və digər məsələlərlə bağlı suallarımızı cavablandırıb:
 
– "Qarabağ" 21 il idi ki, çempion olmurdu. Sizcə, çempionluq həsrətinin bu qədər uzun çəkməsinə səbəb nə idi?
– "Qarabağ"ın 21 ildi çempion olmamasının obyektiv və subyektiv səbəbləri var. Mənə elə gəlir ki, bu, məcburi köçkünlüklə bağlı idi. "Qarabağ" həmin məcburi köçkünlərin taleyini yaşadı. Deyərdim ki, qarabağlılar kimi, "Qarabağ"da 21 il sonra özlərinə gələ bildi. Ancaq komandamız 1-2 il bundan əvvəl də çempion ola bilərdi. Həmin vaxtlarda çox gözəl oyun sərgiləsələr də, son nöqtəni qoya bilmirdi. Bu gün Reynaldo kimi Avropa səviyyəli legionerlərin sayəsində nəticə qazana bildik.
 
– Vaxtilə "İmarət" stadionunda "Qarabağ"ın məşqləri zamanı da azarkeşlər stadionu doldururdu. Amma indi ən vacib oyunlarda belə stadion dolmur. Bunun səbəbini nədə görürsüz?
– Deməzdim ki, bu gün "Qarabağ" azarkeşlərinin sayı azlıq təşkil edir. Məsələyə Azərbaycan reallığı ilə yanaşmaq lazımdı. Azərbaycan futbolunun indiki durumuna görə "Qarabağ"ın kifayət qədər azarkeşi var. Komandamız oyunlarını Tofiq Bəhramov adına respublika stadionunda keçirdiyi üçün azarkeşlərin sayı az görünür. Region komandalarının Bakıdakı oyunlarına nəzər yetirsək, görərik ki, ən çox azarkeş "Qarabağ"dadı. Onu da nəzərə almaq lazımdı ki, bu gün məlum məsələlərə görə xeyli sayda qarabağlı bölgələrdə yaşayır.
 
– Sizcə, çempionluğa gedən yolda azarkeşlərin rolu nə dərəcə oldu?
– Bunu komandanın baş məşqçisi Qurban Qurbanovdan, klub rəsmilərindən soruşsaz, daha yaxşı olar. Buna fikir bildirsək, özümüzü tərifləmiş kimi çıxar. Biz "Qarabağ"a da layiqincə azarkeşlik etmək məqsədini qarşımıza qoymuşuq. Əsas futbolçularımıza təşəkkürümüzü bildirirəm ki, sona qədər mübarizə apardılar. 
 
– Çempionluğu bayram etmək üçün hansı planlar nəzərdə tutulub?
– Biz çempionluğu "Neftçi" ilə oyunda qeyd etməyi nəzərdə tutmuşduq. Çox təəssüf ki, həmin oyunda çempion ola bilmədik. "İnter"lə oyunda isə həftənin 3-cü gününə təsadüf etdiyi üçün, çox azarkeş gələ bilmədi. Həmin gecə Şuşanın işğal gününə təsadüf etdiyi üçün bu məsələni qabartmadıq. Kuboku qaldırmaq və mükafatlandırma mərasimi də ayın 17-nə təsadüf edir. Bu da "Qarabağ"ın taleyi ilə bağlıdı. Sevindiricidi ki, "Qarabağ"ın çempion olduğu gün şəhidlərimizin ruhunu yad edirik. Kubok qarabağlıların, ağdamlıların olduğu üçün icra başçısı Raqub Məmmədovla danışıqlar apardıq. Əvvəlki icra başçısından fərqli, Raqub müəllim razılıq verdi. Belə ki, mükafatlandırma mərasimindən sonra, müvafiq bir vaxtda komanda Bakıdakı azarkeşləri ilə Ağdama gedəcək. Komanda rəhbərliyinin və Raqub müəllimin dəstəyi ilə Quzanlıda konsert təşkil etmək niyyətindəyik. Bu da bizə Çempionlar Liqası matçlarından öncə yüksək motivasiya olacaq.
 
– Ötən ildən fərqli, bu dəfə ÇL-in oyununa necə hazırlaşcaqsız? Nə kimi fərqliliklərin şahidi olacağıq?
– Fərqlilik yaratmaq üçün azarkeş sayı çox olmalıdı. Ötən il Avropa Liqasında Almaniyanın "Ayntraxt" klubu ilə qarşılaşanda onların azarkeşləri Tofiq Bəhramov stadionunda bizdən daha güclü idi. Deməzdim ki, onlar bizdən daha yaxşı hazırlaşmışdı. Sadəcə, buraxılan qoldan sonra bütün stadion susdu. Azarkeş komandasını hesabda geriyə düşdüyü oyunlarda da dəstəkləməlidi. Nəzərə almaq lazımdı ki, elə Polşa "Piast"ı ilə oyunda da hesabda geri düşmüşdük. Ancaq azarkeşlərin sona kimi dəstəyi komandamıza qələbə qazandırdı. Təbii ki, ötən ildə olduğu kimi, bu dəfə də bir sıra yeniliklər etməyə çalışacağıq.
 
– Çoxları "Qarabağ"ın ÇL-də yaxşı nəticə qazanacağını düşünür. Sizcə, "Qarabağ" mötəbər turnirdə buna nail ola biləcək?
– Bunu hələ dəqiq bilmək olmaz. Çünki rəqiblərimizi bilmədən fikir söyləmək yalnış olar. Ancaq fikirləşirəm ki, Avroliqnın qrup mərhələsinə düşməyimiz mümkündü.
 
– "Qarabağ" Çempionlar Liqasında mübarizə aparacaq ilk qaçqın klub olacaq…
– Düzü, bu barədə araşdırma aparmamışam. Siz aparmısızsa, çox sağolun. Mənim üçün də yaxşı məlumat oldu. "Qarabağ"ın Avroliqada çıxış etməsi bizim üçün siyasi əhəmiyyət də daşıyırdı. İnşallah, ÇL-in təsnifat mərhərhələsində uğurlu çıxış edib, qruplara vəsiqə qazansaq, bu, bizim üçün böyük üstünluk olacaq. Çünki bir sıra aparıcı ölkələrin diqqəti "Qarabağ"ın üzərində olacaq. Artıq İspaniya, İtaliya, İngiltərə və bir sıra ölkələri  Qarabağ həqiqətləri ilə yaxından tanış etmək imkanımız olacaq ki, bu da düşmənimiz üçün layiqli cavab olacaq.
 
– Sizcə, "Qarabağ" Avropada Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün hansı işləri görməlidi?
– "Qarabağ" əlindən nə gəlirsə, onu da edir. Ancaq nəzərə almaq lazımdı ki, futbol siyasətə qarışmır. Oyunlarda siyasi bir şuar səslənsə, pankart açılsa, bu, stadionun bağlanılması ilə nəticələnə bilər. Və ya ciddi sanksiyalar tədbiq oluna bilər. Çalışmalıyıq ki, uğurlu çıxış edib nəhəng ölkələrin klubları ilə qarşılaşaq, onlar da bizim ölkəyə gələndə hər şeylə maraqlansınlar. Qarabağ həqiqətləri də onlara açıq-aşkar aydın olsun. "Ayntraxt"la oyunda 1000-1500 azakeş  gəlmişdi ki, onlarla söhbətdə bundan maksimum yararlandıq. Biz Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıyıq.
 
– "Qarabağ"ın ÇL-dəki səfər matçlarına azarkeşlərin aparılması nəzərdə tutulub?
– Ötən il belə bir təcrübəmiz oldu. Azərbaycanda elə bir klub yoxdu ki, çoxlu sayda azarkeşini səfər matçına aparsın. Kim istəsə, öz hesabına gedib səfər matçlarında komandasına dəstək verə bilər. Ola bilsin ki, klubdan təşkilatı məsələlərə görə idarə heyətinin üzvlərindən hansınısa səfər matçına aparsın. Ancaq hər oyuna yox. Misal üçün biz Makedoniya klubu ilə qarşılaşacağıqsa, nəzərə almaq lazımdı ki, orada elə də çoxlu azarkeşimiz yoxdu. Təbii ki, Bakıdan da ora çoxlu sayda azarkeşin aparılması qeyri-mümkündü. Ancaq bilirdik ki, "Ayntraxt"la Almaniyadakı oyuna 2-3 min nəfər "Qarabağ" azarkeşi gələcək. Bunun üçün də təşkilatı köməkliyə görə fan-klubun idarə heyətinin 2 üzvü aparıldı. Həmçinin ötən ildən etibarən "İmarət"in Avropa qolu da fəaliyyət göstərir.
 
– "Neftçi" "Zestafoni" ilə qarşılaşanda, klub rəhbərliyi Bakıdan xeyli azarkeşin aparılmasına yardımçı olmuşdu…
– Biz "Zestafoni" ilə qarşılaşsaq, avtobusla özümüz də gedərik. Gürcüstan təbii ki, yaxın ölkədi. Yaxın ölkələrin komandası ilə qarşılaşsaq, çox güman ki, çoxlu sayda azarkeşin aparılması nəzərdə tutular.
 
– Son sözünüz…
– Sonda "Qarabağ" azarkeşlərini çempion olmağımız münasibəti ilə təbrik edirəm. Göstərdiyi diqqətə və dəstəyə görə, klub rəhbərliyinə minnətdarlığımı bildirirəm.
 
EMİN SƏFƏROV
Reklam

Reklam


blank
Ölkə futbolu2024-04-30 19:33

AFFA və UEFA-nın keçirdiyi turnirə yekun vuruldu

blank
Digər idman növləri2024-04-30 19:10

“Prezident Kuboku” reqatasının rəsmi paradı keçirilib

blank
Ölkə futbolu2024-04-30 18:51

“Füzuli”dən “Şahdağ Qusar”la məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-04-30 18:27

Şəhriyar Məmmədyarov reytinqdə gerilədi, Teymur Rəcəbov yüksəldi

blank
Dünya futbolu2024-04-30 18:00

İngiltərə çempionatında yeni rekord

blank
Digər idman növləri2024-04-30 17:38

Azərbaycan birinciliyi keçiriləcək

blank
Dünya futbolu2024-04-30 17:19

“Cenoa” norveçli futbolçunu birdəfəlik alır

blank
Digər idman növləri2024-04-30 17:00

Azərbaycanı Avropa Kubokunda 147 cüdoçu təmsil edəcək

blank
Digər idman növləri2024-04-30 16:40

Formula 1-in konsert proqramında Stinq və Eminem olacaq

blank
Digər idman növləri2024-04-30 16:22

Maykl Cordan basketbolçular tərəfindən də dahi sayıldı

blank
Digər idman növləri2024-04-30 16:05

MBA-nın iki oyunu Parisdə keçiriləcək

blank
Dünya futbolu2024-04-30 15:48

Danimarkalı futbolçu “Milan”ı tərk edir

blank
Ölkə futbolu2024-04-30 15:31

Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib

blank
Milli komanda2024-04-30 15:14

Millimiz Slovakiya yığması ilə yoldaşlıq oyunu keçirəcək

blank
Ölkə futbolu2024-04-30 15:00

Azarkeşlər hakimi döymək istədilər, AFFA cəzalandırdı

blank
I Liqa2024-04-30 14:45

“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza

blank
Digər idman növləri2024-04-30 14:32

Mayamidə “Mersedes” və Ferstappen arasında danışıqlar olacaq

blank
Digər idman növləri2024-04-30 14:17

81 boksçu Gəncədə yarışdı

blank
Dünya futbolu2024-04-30 14:02

Sançodan Bundesliqada yeni rekord

blank
Layihə2024-04-30 13:45

Bölgələrdə voleybolun inkişafı naminə: Gəncə nümunəsi

blank
Dünya futbolu2024-04-30 13:31

Super Liqa klubunda yeni baş məşqçi

blank
Dünya futbolu2024-04-30 13:17

Millimizin üzvündən qol ötürməsi

blank
Digər idman növləri2024-04-30 13:02

Türkiyəli baş məşqçiyə 35 min avroluq cərimə

blank
Ölkə futbolu2024-04-30 12:47

Qəbələdə son nöqtə, “Zirə” üçün “soyuq duş”

blank
Digər idman növləri2024-04-30 12:32

Basketbol Liqasında pley-off oyunları start götürür

blank
Digər idman növləri2024-04-30 12:18

Azərbaycanın şahmatçıları AÇ-də xüsusi mükafata layiq görülüb

blank
Digər idman növləri2024-04-30 12:01

Mingəçevir “Prezident Kuboku”na hazırdır

blank
Dünya futbolu2024-04-30 11:47

Ronaldo “Kruzeyro”nu satdı

blank
Dünya futbolu2024-04-30 11:32

“Real” Kurtuanı türk qapıçı ilə əvəz etmək istəyir

blank
Ölkə futbolu2024-04-30 11:25

“Qarabağ” – “Neftçi” oyununun stadionu dəyişib

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm