Bizi izləyin

Müsahibə

Yaşar Seyidov: "Bu, bizə qarşı qərəzdi"

"Bakı"nın vitse-prezidenti Yaşar Seyidovun futbolinfo.az …

blank
"Bakı"nın vitse-prezidenti Yaşar Seyidovun futbolinfo.az saytına müsahibəsi
 
– Bu gün iclas keçirmisiz. İclasda nələr müzakirə olundu?
– Elə bir ciddi toplantı olmayıb. Sadəcə, gündəlik işlərlə əlaqədar keçirilən iclas idi.
 
– Son hadisələrə münasibətiniz necədi? Komandada nə baş verir?
– Komandada elə ciddi bir şey baş verməyib. Bunu mətbuatda işıqlandıranlar, bizi sevməyənlər, özünü "Bakı"nın yaxını kimi göstərən adamlardı. Bu haqda düzgün olmayan informasiyaları mətuata ötürənlər fikirləşməlidi. Bütün sahələrdə olduğu kimi, bizdə də çətinliklər olur. Bunu mətbuatda inqilab, qiyam adnalandırmaqla nəyə nail olmaq istədiklərini də özləri yaxşı bilir. Düşünürəm ki, onlar heç nəyə nail olmayacaq. Onların düşündüyü kimi klubda elə də dəhşətli bir şey baş verməyib.
 
– Onda belə çıxır ki, "Qəbələ" ilə oyun öncəsi klubda qiyamın baş verməsi ilə bağlı yayılan xəbərlər yalnışdı?
– Mənim uşaqlığım dənizlə meşənin birləşdiyi yerdə keçib. Həmişə atamla meşəyə gedəndə orada olan cığırlara baxmaqdan xoşum gələrdi. Cığıra baxıb, atamdan onun nə olduğunu soruşardım. Atam bunu mənə belə izah edirdi: "Bu, ilanın, bu da canavarın cığırıdı". Meşədə cığır axtarmaqdan çox xoşum gələrdi. İllər keçdi, böyüdüm. Yenə də meşə cığırı görmədim. Atama dedim ki, "ata, o cığır yoxdu axı. Canavarlar azalıb, yoxsa tülkülər yoxa çıxıb? İlanlar da yoxdu". Atam da mənə artıq cığır axtarmamağı məsləhət gördü. Dedi ki, "Bu cığırı görürsən? Bax tülkü də, çaqqal da, adam da bu cığırdadı". İndi hamısı bir cığırın üstündədi. İndi təəssüf edirəm ki, çaqqalar, tülkülər, "Bakı"nın çörəyini yeyənlər, arxadan danışanlar hamısı həmin cığırırın üstündədi. Kimin çaqqal, tülkü, canavar olduğunu bilmək olmur. Ancaq şəxsən mən onları çox gözəl tanıyıram. Hər bir ailədə xırda çatışmazlıq var. Bunu bu qədər şişirtmək, qiyam, inqilab, adlandırmaq düzgün deyil. Onların nəyə xidmət etdiyini çox yaxşı bilirəm. Onları məyus etmək istəyirəm ki, istədiklərinə nail ola bilməyəcəklər. "Bakı" klubu var və hər zaman da yaşayacaq. Pislik, nadanlıq həmin adamların özünə qalacaq.
 
– Belə çıxır ki, əlinizin duzu yoxdu da…
– Fərman Kərimzadənin çox gözəl "Axırıncı aşırım" əsəri var. Filmdə başqa cür çəkilsə də, kitabda fərqli yazılıb. Kərbəlayinin qan düşməni olur. Ruslar hücuma keçəndə Kərbəlayi Qarabağlar kəndindən çıxmalı olur. Amma bunun oğlunun yoldaşı hamilə olur. Oradan da İrana keçmək üçün sıldırımlı qayalardan aşmalıdı. Təbii ki, hamilə qadın üçün sıldırımlı qayaları keçmək çətin olur. Kərbəlayi bilirsiz nə edir? Həmin gəlini götürür, qan düşməninin evinə gəlir. Qapını döyür, düşməninin oğlu tüfəngi onun üstünə tutur.  Kərbalayi də orada deyir ki, mən öz gəlinimi öz qan düşmənimə etibar edirəm. Bunu sənin yanında əmanət qoyuram. Ancaq gələndən sonra düşmənçiliyimiz yenə davam edəcək.
 
– Amma "Bakı" indi daha çox "Yeddi oğul istərəm" filmini xatırladır…
– Həmin adamların məqsədi, baş məşqçini dəyişmək, yeni baş məşqçi gətirməkdi. Nəticədə də burada müəyyən transferlər etməkdi. Burada heç bir inqilab vaş vermir. Sadəcə, özünü bizə yaxın göstərib, bizim hörmətimizi saxladıqlarını nümayiş etdirirlər. Ancaq öz planları var. AZAL-la oyunda akademiyamızın 5 üzvü meydanda idi. Akademiyanın uşaqları gələn ildən etibarən əsas heyətdə çıxış edəcək. Onların əmək haqqısı da çox cuzidi. "Bakı" artıq oyunçu transfer edən komandadan, futbolçu verən kluba çevrilir. Bunu da həmin menecerlər çox gözəl bilir. Bu gün Vadim Abdullayev, Vüqar Bəybalayev, Namiq Ələsgərov, Elxan Əhmədov, Şəhriyar Əliyev, Vüqar Mustafayev "Bakı"nın yetirməsidi. Onlar pul olsa da, olmasa da oynayacaq. Çünki onlar bu klubla qəlbləriylə bağlıdılar. "Bakı" növbəti mövsüm üçün artıq o strategiyanı müəyyən edib. Əvəzedicilərdən 9 futbolçu əsas komandaya gəlir. Bizim transferə elə də ehtiyacımız yoxdu. Buna baxmayaraq, "Bakı" haqqında yazılmayanlar qalmır. Yaxşı mən də sual verirəm: Bu gün hansı komandanın heyətində öz yetirməsi olan 7 futbolçu əsas heyətdə meydana çıxır? Milinko Pantiç özü seleksiya işləri aparır. Artıq müəyyən edib ki, bu gün 96-cı il təvəllüdlü əsas heyətdə oynamağa layiq olan 15 futbolçu yetişib. Həmin adamlara da yerli futbolçuların meydana çıxması sərf etmir. Onlara meydanda çıxmayan, böyük pullar alan futbolçular lazımdı. Ona görə də bu gün Yaşar Seyidov onlar üçün böyük maneədi. Klub prezidenti Hafiz Məmmədov illərdi əziyyət çəkir. Bu boyda akademiya tikdirib, təbii meydanlar hazırlanılıb. Bunların bəhrəsini görmək ərəfəsində bu cür hadisələrin baş verməsi bizim özümüz üçün də çox təəccüblüdü. Kim işini sevirsə, canla-başla görürsə, ürəyi yanırsa, həmin adamlar "Bakı"da olacaq. Kim bu kluba xəyanət edəcəksə, gözü orada-burada olacaqsa, "Bakı"da qala, işləyə bilməz.
 
– Çexiya millisinin əfsanəvi futbolçularından olan Pavel Nedvedin gözəl bir sözü var: "futbolçular gedər, insanlar qalar". Necə düşünürsüz, vaxtilə "mən ancaq "Bakı"nın uğuru üçün çalışıram" deyənlərdən pula görə ayrıla biləcək futbolçular var?
– Həyatımın böyük bir hissəsini futbola həsr etmişəm. Müstəqillik dönəmindən bu günə kimi mən bir komandadayam. Bundan sonra da futbolda olmsam, başqa klubda işləməyəcəm. İş ondadı ki, müəyyən adamlar gedir, dolaşır, gəlir. Ancaq Yaşar Seyidov bu gün də buradadı. Allahdan başqa heç kimdən qorxmuram. Həqiqəti deməliyəm ki, bu futbolçuların yetişməsində Hafiz Məmmədovun müstəsna xidməti olub. Onun ən böyük töhfəsi odu ki, Tovuzda, Gəncədə, Şəmkirdə, Xaçmazda, Qusarda nə qədər futbolçular seçilir, akademiyaya cəlb olunur. Burada qidalanırlar, təhsil alırlar. Biz ağacı əkmişik, indi barını dərmək üzrəyik. Hər şeyin normal getdiyi vaxtda lazım olmayan yazılar işıqlanır. "Bakı"nın akademiyasında Topaz Premyer Liqasında oynaya biləcək kifayət qədər futbolçu var. Bundan arxayın ola bilərsiz. Burada iş düzgün qurulub. Məqşçilərimiz də səhərdən axşama kimi çalışır. Siz bizim məşqçilərin hansındansa şikayət eşitmisiz?
 
– Yaxınlarda U-14 liqasında "Bakı"nın məşqçisi Asif Abbasov hakimə verdiyi qərarı dəyişməsini təklif etdiyi üçün 1 illik futboldan uzaqlaşdırılmışdı…
– Maddi durumla bağlı hansısa məşqçimizin mətbuatda açıqlamasını görmüsüz? Bu gün "Bakı" klubunda çalışan hər bir insan Hafiz müəllimin rəhbərliyi altında birləşib. Ona görə ki, klub prezidenti Azərbaycan futbolu üçün lazım olan işləri görür. Onun rəhbərliyi altında çalışmaq hər bir işçi üçün zövqdü. Bəyan edirəm ki, bizim haqqımızda əssasız yazılar yazan istənilən adamla sizin qarşınızda, istənilən yerdə diskussiya etməyə hazıram. Ancaq bilirəm ki, həmin adamların mənimlə üz-üzə gəlməyə cəsarəti yoxdu.  Bunların kişiliyi çatırsa, gəlib mənlə söhbət etsinlər.
 
– Müsahibə və açıqlamalarınızda klub prezidenti Hafiz Məmmədovun gördüyü işlərdən danışırsız, onu tərifləyirsiz. Bəs, sizi niyə tərifləyən yoxdu?
– Mən Hafiz müəllimin tapşırıqlarını yerinə yetirirəm axı. Bütün işlərlə bağlı klub prezidentini məlumatlandırıram. İstənilən işi görəndə onun xeyir-duasını alıram. Milinko Pantiç 9 aydı komandaya başçılıq edir. Pantiç gələnə qədər də bu işlər görülürdü. Burada yetişən uşaqlar həm də "Bakı"da çalışan məşqçilərin əziyyətidi. İstidə, gündə, qışda, soyuqda məşçilər əziyyət çəkib futbolçuları yetişdiriblər. Həmin məşçilər də gənc futbolçuları əsas komandada görəndə ürəkləri dağa dönür. Çünki illərlə çəkdiyi əməyin bəhrəsini görürlər. Pantiçə də ona görə minnətdarlıq düşür ki, bu gənclərə üstünlük verməklə, öz karyerasını təhlükə altına atır. Halbuki bir çox məşqçiləri mükafat maraqlandırdığı üçün bunu etmir. Serb çalışdırıcıya Hafiz müəllim ona görə etimad göstərir ki, o, milli komandamız üçün, ölkəmizin futbolunun inkişafı üçün gənclər yetişdirməlidi. O, millimizin üçün ehtiyyat futbolçu bazası yaratmalıdı. Bu gün bizim avrokuboklara vəsiqə qazana bilməməməyimizi faciə adlandırılanlara demək istəyirəm ki, futbolçuların yetişdirilməsi özü bir nailiyyətdi. Onların qələbəsini görəndə bütün Azərbaycan xalqı sevinəcək, həmin adamlar isə məyus olacaqlar.
 
– Qış fasiləsində komandanız İspaniyada yüksək səviyyədə hazırlıq keçirdi. Kiyev "Dinamo"suna və Ruminiyanın "Styaua" komandalarına qarşı inamlı oyunu ilə yadda qaldı. Fasilədən sonra da ardıcıl qələbələri sıraladı, avrokuboklara iddalı olduğunu göstərdi. Ola bilərmi ki, avrokuboklarda çıxış etmək üçün yüksək vəsaitin tələb olunması "Bakı"nı bu iddadan geri çəkilməyə vadar etdi?
– Xeyr, sizin fikirinizlə razı deyiləm. Sadəcə, sonradan çempionatda uğursuz alınan oyunlarımız turnir cədvəlinə də öz mənfi təsirini göstərdi. Nəticədə avrokuboklardan kənarda qaldıq. Avrokuboklara vəsiqə qazana bilməyən "Xəzər Lənkəran" məgər zəif klubdu? Sadəcə, avrokuboklar uğrunda 6 klub mübarizə aparır. Bunlardan da 4-ü istəyinə nail olur. "Qarabağ" axırıncı dəfə 1993-cü ildə çempion olub. Ancaq "Bakı" komandası iki dəfə ölkə çempionu olub, 3 dəfə kuboku qazanıb. Düzdü, "Bakı" hər zaman iddalı olub. Bunun üçün də qınaqları başa düşürəm. Ancaq avrokuboklara vəsiqə qazana bilmiriksə, bunu faciə kimi qələmə vermək lazım deyil. İnşallah, növbəti mövsümdən etibarən avrokuboklar uğrunda mübarizə aparıb, bu istəyimizə nail olacağıq. Buna şübhəniz olmasın! Digər komandalarımıza mötəbər yarışlarda uğurlar arzulayram!
 
– "Bakı"nın bir sıra futbolçuları ilə problemləri olub. Xüsusən də legioner futbolçularla. Ruslan Leviqa, Aleksandro Tomovski sizə problem yaşadan futbolçulardandı. Bu problemlərin yaranmasının səbəbi nədi? Günahkar kimdi?
– Düzdü, müəyyən futbolçularla problemlərimiz olub. Ancaq çalışırıq ki, həmin problemləri yoluna qoyaq. Hər yerdə səhv olur. Burada konkret bir nəfəri günahlandırmaq düzgün deyil. Səhv varsa, deməli hamımız günahkarıq. Növbəti transerlər zamanı çalışacağıq ki, daha diqqətli olaq. Müqavilələr bağlayanda da problemimiz olmasın. 
 
– İndiyə kimi "Bakı" bir sıra lazımsız transferlər edib. Demək olar ki, komandanızın transfer siyasəti bir o qədər də uğurlu alınmayıb. Bu mövsümdə də bir sıra uğursuz trasferləriniz oldu. Yəqin ki, bunu siz də qəbul edirsiz…
– Gəlin ötən illərdə olan transferləri müzakirə etməyək. Biz artıq irəliyə baxmalıyıq. Bu gün sevindirici haldı ki, komandanın özəyini öz yetişdirdiyimiz futbolçular təşkil edir. Bu, belə də olmalıdı. Yerli futbolçuların yanında da bir neçə səviyyəli legioner olsa, böyük işlər görəcəklər. Azərbaycan klublarının əsas problemi ondadı ki, liderlər yerli futbolçular deyil. Ona görə də çətinliklər yaşanır. Bunun da obyektiv səbəbləri var. Hazırda ən yaxşı oyunçularımızın 17-18 yaşı var. Ancaq bir qədər təcrübəsizdilər. Getdikcə təcrübələrini artırmaqla gələcəkdə Azərbaycan futboluna tövhə verəcəklər.
 
– Mən Alberto Noquero, Edin Nuredinoski, Mario Rubio kimi ehtiyyatda oturub, yüksək maaş alan futbolçuları nəzərdə tuturdum…
– Bundan sonrakı transferlərə daha ciddi yanaşılacaq. Bundan sonra heyətdə oynayıb, komandaya xeyir verə biləcək futbolçuları "Bakı"ya cəlb edəcəyik. Keçmiş artıq keçmişdə qaldı. Gələcəyə nikbin baxırıq.  
 
– "Gələcəyə nikbin baxırıq" deyirsiz, ancaq "Bakı"nın hələ də lisenziya ilə bağlı problemi var…
–  Lisenziya avrokuboklarda iştirak etmək üçün idi. Onsuz da biz avrokuboklara vəsiqə qazana bilmədik. Düşünürəm ki, lisenziyada olan problemləri qısa müddətdə aradan qaldıracağıq.
 
– Tomovski məsələsinə görə komandanın 1-ci diviziona göndərilməsi də müzakirə mövzusudu…
– O, FİFA-nın mübahisəli məsələlərin həlli palatasının verdiyi qərardan asılı olacaq. Ancaq sizə deyim ki, bizə qarşı haqsızlıq olub. Ona görə ki, Tomoviski 2009-cu ildə "Bakı"nın heyətində olub. Ölkəsinə getdikdən 4 ay "Bakı"nın çempion olması ilə bağlı mükafatını ala bilməməsindən şikayət edib. Ancaq onu da etiraf etmək lazımdı ki, futbolçunun meneceri FİFA-da çox nüfüzlu vəkillərdəndi. Lisenziya komitəsinə təzyiq edənlərdən biridi. Onun şəxsi təzyiqi nəticəsində buna nail olub. Bu hadisə 2009-cu ildə baş versə də,  2014-cü ildə istəyinə nail oldu.
 
– Onda belə çıxır ki, "Bakı" 1-ci divizionda çıxış edəcək?
– Xeyr, orada intizam komitəsinin verə biləcəyi 10 qərardan biri də klubun 1-ci diviziona düşməsi ilə bağlıdı. Biz də apellyasiyaya şikayət edib, haqlı olduğumuzu bir daha isbatlayacağıq. Yaxud da bunun qaydası belədi ki, "Bakı" kəsilmiş cəzanı ödədikdən sonra həmin çeki futbolçuya və onun vəkilinə göndərir, onlar da öz iddiasını geri çəkir. Bununla da tətbiq olunmuş sanksiyalar qaldırılır.
 
– Həmin məbləği ödəmisiz?
– Xeyr, ödəməmişik. Çünki bu məsələyə bir də baxılmasında israrlıyıq.
 
– Ancaq məsələyə baxılana qədər "Bakı"nın taleyini sual altında qoya bilərsiz…
– Xeyr, "Bakı" onsuz da avrokuboklara vəsiqə qazanmayıb. Komandamız avrkuboklara vəsiqə qazansaydı sözsüz ki, məsələni daha tez həll edərdik.
 
– Bəllidi ki, bu gün bir sıra klublarda maddi sıxıntılar var. Ancaq "Bakı"nın kommunal xərclərlə bağlı borclarının olması da deyilir…
– Özünüz də qeyd edirdiz ki, bir sıra klublarda maddi problemlər var. Maraqlıdı ki, niyə məhz "Bakı" klubu hədəfə tuş gəlir? Digər komandaların futbolçulara borcları var. Sadəcə, bu, bizə qarşı qərəzdi. Digər komandalarda minlərlə problemlər var. Ancaq bunlar mətbuatda işıqlandırılmır.
 
– Bəlkə günah özünüzdədi?
– Bizim də müəyyən günahlarımız var. Çünki bəzi adamları özümüzə dost bildik. Onlar süfrəmizin başında oturub yediyi çörəyə xəyanət edirsə, buna nə ad vemək olar?  Əslində bu, yaxşı oldu. Çünki həmin adamları tanımış olduq. Düşünürəm ki, onlar artıq həyatda necə yaşamaqlarını müəyyən etməlidi. Biz öz yolumuzla gedirik. Biz onlara yox, onlar bizə yaxınlaşmışdı. Gəlib bizə sədaqət andı içmişdilər. Deyirdilər ki, biz dostuq, qardaşıq.
 
– Bəs, "Bakı"nın dostları kimlərdi?
– "Bakı"nın dostları komandamız haqqında düzgün, ədalətli, obyektiv yazanlardı. Eləsi var ki, həqiqəti də, olan problmeləri də var. Ancaq eləsi də var ki, "Bakı"da 3-cü dünya müharibəsinin başlandığını bildirir. Müharibələr ölkələr arasında olur. Bu, klubdu, ailədi. Kiçik narazılıqlar ola bilər.
 
– Bəs vətəndaş müharibəsi?
– (Gülür) Futbolda da müharibə olar? Neçə ildi ki, futboldayam, ancaq inqilab olduğunu görməmişəm. Bura siyasi meydan deyil ki. Biz rəhbərlik olaraq hər bir futbolçunun evdə, məişətdə, klubda olan probmlərinin aradan qaldırılması üçün köməklik edirik.
 
– "Bakı"nın idarə heyəti hələ formalaşmayıb. Nəyi gözləyirsiz?
– Hafiz müəllim strukturun bir sıra bölmələrini müəyyən edib. Yaxın günlərdə də digər bölmələri təsdiq edəcək. Strukturun digər yerdə qalan rəhbər şəxsləri təsdiq olunandan sonra, klub prezidenti özü bu barədə mətbuata açıqlama verəcək. Bir az səbrli olun.
 
– Hafiz müəllimin iş adamı olduğunu hər kəs bilir. Bilirik ki, işləri həddindən artıq çoxdu. Ümumiyyətlə klub prezidentinin komanda ilə maraqlanmağa vaxtı var?
– Hafiz müəllim komandanı daim diqqətdə saxlayır. Məşqçilər, klub rəsmiləri mütəmadi olaraq klub prezidenti ilə görüşür və tapşırılarını alır.
 
– Konkret olaraq futbolçulara neçə aydı ki, maaş vermirsiz?
– Konkret olaraq bir aydan bir az artıqdı. Bu da normaldı. Gedin baxın görün digər klublarda neçə aydı almırlar? Heç onu yazan yoxdu. Hamı bizim üstümüzə düşüb.
 
– Gedəcək futbolçuların siyahısı tərtib olunub?
– Onunla bağlı baş məşqçi ilə klub prezidentinin görüşü olacaq. Gedən və yaxud da qalan futbolçuları bu iki nəfər həll edir. Biz sadəcə, baş məşqçi ilə Hafiz müəllimin görüşməsini gözləyirik.
 
– Aparıcı oyunçularınızla digər klublar maraqlanır. Ola bilərmi ki, maddi problemlərin olması Əfran İsmayılov, Rauf Əliyev kimi futbolçularının itirilməsinə səbəb olsun?
– Bizdə maddi problem yoxdu. Bizim hansı futbolçumuz hara getmək istəsə, biz ona hörmətlə yanaşırıq. Sözsüz ki, futbolçu başqa bir kluba gedə də bilər, "Bakı" digər komandadan oyunçu da alar. Hər şeyi zaman göstərəcək.
 
– Mövsümün sonunda "Bakı" "Rəvan"ın qonağı olacaq. Bayıl təmsilçisinin taleyi sizinlə oyundan asılıdı. Ola bilərmi ki, "Bakı"nın heç bir iddiası olmaması…(sözümü kəsir)
– Xeyr, mən sizin sualınızı başa düşdüm. Hər şey idman prinsipləri əsasında olacaq. "Bakı" klubu buna qədər necə idman prinsiplərinə əsaslanıb, bundan sonra da belə olacaq. Kim güclüdüsə, o da qalib gələcək.
 
– Ancaq AZAL-la oyunda komandanız "Fair Play"ə əməl etmədi…
– Həmin epizod zamanı meydanda olmamışam. Ancaq Aleksandr Şoliç öz açıqlamasında həmin epizodda topa baxdığını qeyd edib. Qapıçının yerə yıxılmasını görməyib.
 
EMİN SƏFƏROV
Reklam

Reklam


blank
Ölkə futbolu2024-04-19 21:00

“Sumqayıt” avrokubok iddiasını davam etdirir

blank
Premyer-liqa2024-04-19 19:49

Tovuzda darmadağın – VİDEO

blank
Premyer-liqa2024-04-19 19:21

Ayxan Abbasov: “Günahkar axtarmıram” – VİDEO

blank
Premyer-liqa2024-04-19 19:09

Samir Abasov: “Bizi bu yerlərdə görmək çoxları üçün xoş deyil” – VİDEO

blank
Dünya futbolu2024-04-19 18:59

ÇL-də həftənin ən yaxşı oyunçusu

blank
Premyer-liqa2024-04-19 18:26

“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu

blank
Digər idman növləri2024-04-19 17:44

Yeddiqat dünya çempionu səfir təyin edildi

blank
Dünya futbolu2024-04-19 17:27

“Beşiktaş” Qurban Qurbanovla bağlı qərar verməyib

blank
Dünya futbolu2024-04-19 17:09

ÇL: Həftənin ən yaxşı qolunun müəllifi açıqlandı

blank
Digər idman növləri2024-04-19 16:51

MBA-da mövsümün statistik göstəriciləri: kim nədə lider oldu?

blank
Digər idman növləri2024-04-19 16:20

Azərbaycan atıcıları Olimpiya Təsnifat Çempionatında çıxış edəcəklər

blank
Ölkə futbolu2024-04-19 16:01

“Lerik” Əsasnaməni pozduğu üçün cərimə olundu

blank
I Liqa2024-04-19 15:47

“İrəvan” xərəkdaşıyanlara görə cəzalandı

blank
Dünya futbolu2024-04-19 15:31

Almanlar bunu 29 ildən sonra bacardılar

blank
Dünya futbolu2024-04-19 15:15

Olmo seçim qarşısında

blank
Dünya futbolu2024-04-19 15:00

“Barselona” “Nou Kamp”a nə vaxt qayıdacaq?

blank
Premyer-liqa2024-04-19 14:41

“Qarabağ”la “Qəbələ”nin 77-ci dueli

blank
Digər idman növləri2024-04-19 14:24

Azərbaycan çempionatında həlledici mərhələnin ilk oyunlarının təqvimi açıqlandı

blank
Digər idman növləri2024-04-19 14:10

Ataman üçün acı xəbər

blank
Digər idman növləri2024-04-19 13:52

Çində ən yaxşı nəticəni “Maklaren” sürücüsü göstərdi

blank
Ölkə futbolu2024-04-19 13:35

“Boykot narazılığı ifadə etmək üçün ən yaxşı üsul deyil” – “Neftçi” rəsmisi

blank
Dünya futbolu2024-04-19 13:20

Naqelsmann yığmada qaldı – müqavilə müddəti uzadıldı

blank
Müsahibə2024-04-19 13:19

Sertan özündən narazıdır: “Daha yaxşısını edə biləcəyimi düşünürəm”

blank
Ölkə futbolu2024-04-19 13:01

“Qəbələ”də daha bir vida – legioner yola salındı

blank
Digər idman növləri2024-04-19 12:44

Ən yaxşı snayper müəyyənləşdi

blank
Ölkə futbolu2024-04-19 12:27

AFFA Tovuza elə bir hakim göndərib ki…

blank
Digər idman növləri2024-04-19 12:10

MHL-də mövsümün ən məhsuldar oyunçusu bəlli oldu

blank
Dünya futbolu2024-04-19 11:53

İngilislərin fiaskosu və “Atalanta” kuboku qazansa…

blank
Digər idman növləri2024-04-19 11:35

Azərbaycan tennisçisi beynəlxalq turnirdə bürünc medal qazandı

blank
Dünya futbolu2024-04-19 11:20

İtaliya ÇL-də 5 komanda ilə təmsil olunacaq

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm