Dünya futbolu
ÇL: Həftənin ən yaxşı qolunun müəllifi açıqlandı
UEFA Çempionlar Liqasında həftənin ən yaxşı qolunun müəllifi açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, Almaniyanın “Borussiya” (Dortmund) klubunun müdafiəçisi Yen Matsenin 1/4 final mərhələsində “Atletiko” ilə cavab görüşündə vurduğu qol ən yaxşı seçilib.
22 yaşlı niderlandlı oyunçu komanda yoldaşı Niklas Fullkruq, həmçinin Vitinya (PSJ, Fransa) və Coşua Kimmixlə (“Bayern”, Almaniya) mübarizədən qalib ayrılıb.
“Atletiko” üzərində cavab görüşündə 4:2 hesablı qələbə qazanan “Borussiya” yarımfinala yüksəlib. Komandalar arasında Madriddəki ilk qarşılaşmada ispanlar 2:1 hesablı qələbə qazanmışdı. “Borussiya”nın yarımfinaldakı rəqibi Fransa çempionu PSJ olacaq.
- Milli komanda2024-05-01 18:44
Milli komandamızın baş məşqçi postuna əsas namizəd bəlli oldu
- I Liqa2024-05-01 11:25
I Liqada 24-cü turun təyinatları müəyyənləşdi
- Ölkə futbolu2024-05-02 08:00
Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası
- Digər idman növləri2024-04-30 23:44
“Xırdalan” pley-offa qələbə ilə başladı