Ölkə futbolu
Ağayev: "AÇ-yə təyinat mənim üçün gözlənilməz oldu"
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Maltada keçirilə…
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Maltada keçirilən yeniyetmələr (U-17) arasında AÇ-də hakimliyi ilə bağlı fikirlərini bölüşüb. Futbolinfo.az xəbər verir ki, referimiz Malta – Niderland (2:5) və İsveçrə – Şotlandiya (1:3) oyunlarını idarə edib və yüksək qiymət alıb.
O, UEFA-nın rəsmi saytına açıqlamasında bunları söyləyib: “Bu, FIFA referisi kimi çalışdığım cəmi ikinci ildi. Buna görə də AÇ-yə təyinat mənim üçün bir qədər gözlənilməz oldu. Burada ab-hava gözəldi. Adran Kaş, Mark Batta, Kiros Vassaras və Leyf Lindberqlə işləmək xoşdu. Bu təlim və təcrübə baxımından mənə kömək edir”.