Bizi izləyin

Müsahibə

Son mövsümün "ən"ləri

Topaz Premyer Liqasının 2013/2014 mövsümü başa &cced…

blank
Topaz Premyer Liqasının 2013/2014 mövsümü başa çatdı. "Qarabağ" 21 ildən sonra çempionluq həsrətinə son qoydu. "İnter" üçün gümüş medallar yad olmasa da, "Qəbələ"nin qazandığı bürünc medal tarixində əldə etdiyi ən böyük uğurdu. Uzun marafonda sabit və qeyri-sabit oyun sərgiləyənlərlə yanaşı, komandaların etdikləri uğurlu və uğursuz transferləri də oldu. Bunda başqa daha əvvəllər yüksək performansları ilə yadda qalan futbolçular, cari mövsümdə onlardan gözlənilən oyunu sərgiləmədilər. Futbolinfo.az saytı olaraq, başa çatan mövsümün "ən"lərinin siyahısını hazırladıq.
 
Ən yaxşı baş məşqçi – Qurban Qurbanov (Qarabağ): 2008-ci ildən bu yana "Qarabağ"da çalışan Qurban Qurbanov 6 ildən sonra çəkdiyi əziyyətin qarşılığını gördü. Cari mövsümü çempion kimi başa vuran Qurbanovun komandası sərgilədiyi oyunla göz oxşadı. O, bu postda ilk medalını qazanmaqla yanaşı, Çempionlar Liqasına vəsiqə qazanan ən gənc yerli baş məşqçi kimi tarixə düşdü. Ən yaxşı məşqçi kimi "İnter"in çalışdırıcı Kaxaber Sxadadzeni də seçə bilərdik. Ancaq gürcü çalışdırıcının lazımsız transferlərə ehtiyac duyması və mövsümə uğursuz başlaması qızıl medalların qazanılmasına mane oldu.
 
Ən pis baş məşqçi – Güvənc Kurtar (Rəvan). Türkiyədə başçılıq etdiyi komandanı aşağı diviziona düşürməklə ad çıxaran Güvənc Kurtar bu "uğuru" Azərbaycanda da təkrarladı. "Rəvan"da baş verən ardıcıl məşqçi istefalarından sonra qış fasiləsində komandanın "sükanı arxası"na keçən türk çalışdırıcı öz şəxsi uğurlarını artırmaq naminə Premyer Liqa oyunlarını kuboka qurban verməklə "aslanlar"ın 1-ci diviziona yurvarlanmasında böyük pay sahibi oldu. Ona görə də mövsümün ən pis məşqçisinin Kurtarın olduğunu əminliklə demək olar.
 
Ən yaxşı qapıçı – İbrahim Şehiç (Qarabağ). Oktyabr ayında "Manisaspor"dan azad agent kimi transfer olunan Şehiç çox keçmədi ki, Miro Varvodiçin komandadan göndərilməsinə, Fərhad Vəliyevin isə ehtiyatda qalmasına səbəb oldu. Meydana çıxdığı oyunlarda inamlı təsir bağışlayan qapıçı 100 faizlik qol epizodları zamanı komandasının əsas xilaskarına çevrilməklə əsas heyətə layiq olduğunu sübut etdi. Təcrübəli qapıçı "Qarabağ"ın mövsüm ərzində qapısında gördüyü 22 qoldan yalnız 12-də "pay sahibidi". İstənilən halda bosniyalı qapıçının Ağdam klubunun çempion olmasında əməyi böyükdü.
 
Ən pis qapıçı – Orxan Sadıqlı (Xəzər Lənkəran). Gənc qapıçı mövsüm ərzində elə də sabit oyun sərgiləmədi. Əksər matçlarda buraxdığı kobud səhvlər komandasının məğlub olmasına gətirib çıxardı. Bundan başqa komandada layiqli əvəzedici qapıçının olmaması Sadıqlının öz üzərində çalışmamasına gətirib çıxardı. Düzdü, qapıçının ara-sıra möhtəşəm qurtarışları da oldu. Ancaq bu, onun buraxdığı səhvlərdən çox deyildi.
 
Ən yaxşı müdafiəçi – Karlos Kardoso (Neftçi). Braziliyalı müdafiəçinin "Neftçi"nin arxa xəttinin "dirəy"i olduğunu desək, yanılmarıq. Onun cəza səbəbi ilə olmadığı oyunlarda "Neftçi"nin müdafiəsində olan boşluqları açıq-aşkar sezmək olurdu. Aqressiyası və əzmli oyunu, hərdən də irəli atılaraq qol vurmaq qabiliyyətini nümayiş etdirməsi onu ən yaxşı müdafiəçi seçməmizə səbəb oldu.
 
Ən pis müdafiəçi – Elnur Allahverdiyev (Qəbələ). Azərbaycanın ən intizamsız futbolçularından olan Allahverdiyev əksər matçlarda komandasını pis vəziyyətdə qoydu. İntizamsızlığı, hakimlərə qarşı aqresiyyası, o cümlədən də komanda yoldaşlarına qarşı xoş olmayan münasibəti istər-istəməz "Qəbələ"nin oyununa da öz mənfi təsirini göstərdi. "Harda aş, orada baş" olan Elnurun "qırmızı-qaralar"a xeyirindən çox ziyanının dəydiyini demək olar. Etdiyi səhvlərdən sonra peşmanlıq hissi keçirməsi belə, onun ən pis müdafiəçi kimi seçməyimizə yetmədi.
 
Ən yaxşı yarımmüdafiəçi – Reynaldo (Qarabağ). Braziliyalı yarımmüdafiəçi ölkəmizə gələn ən güclü legionerlədən biri, bəlkə də birincisidi. Komandasının çempion olması üçün 22 qol vuran futbolçu mövsümü major notlarla başa vurdu. Cari çempionatın bombardiri həm də Avropa Liqasında vurduğu 5 qolla komandasının pley-offa qədər yüksəlməsinə səbəb olmuşdu. Onun gözəl oyunu hətta milli komandamıza cəlb olunması barədə söz-söhbətlərə də rəvac verib. Hər hansı bir komandanın heyətində Reynaldo kimi futbolçu varsa, deməli, həmin klub matça 1:0 öndə başlayır.
 
Ən pis yarımmüdafiəçi – Elvin Məmmədov (Bakı). "Zolaqlılar"ın yarımmüdafiəçisi mövsümü uğursuz başa vurdu. O, əvvəlki mövsümlərdən fərqli, bu çempionatda sahib olduğu performansı tam olaraq ortaya qoya bilmədi. Millimizin üzvünün qeyri-sabit oyunu sözsüz ki, "Bakı"nın da çıxışına öz mənfi təsirini göstərdi. Halbuki zamanında Məmmədov mövqeyinin ən güclülərindən biri idi.
 
Ən yaxşı hücumçu – Daniel Subotiç (Qəbələ). "Qəbələ"nin konkret oyun sisteminin olmaması "radarlar"ın bütün hücumlarının Daniel Subotiçin üzərində qurulması ilə nəticələndi. Onun yoxluğunda isə komanda hücumda diqqətçəkən dərəcədə "dişsiz" görünürdü. Bitirici və qüvvətli vuruşları sayəsində komandasının dadına çatan isveçrəli "Qəbələ"nin uğur qazanmasında ən böyük pay sahibi olanlardandı. Cari mövsümdə vurduğu 11 qolun demək olar ki, əksəriyyəti futbolçunun fərdi usatalığının göstəricisidi.
 
Ən pis hücumçu – Nikolas Gelaşvili (Qarabağ). Bəh-bəhlə komandaya cəlb olunan gürcü forvard ona bəslənilən ümidləri doğrultmadı. Qurban Qurbanov ona Avroliqa matçlarında şans versə də, o qol epizodlarını boşa verməklə azarkeşləri çılğına çevirdi. Onun qol vurmasına möcüzə kimi baxanlar, bunun 7 dəfə şahidi oldu. Qış fasiləsində ciddi zədələnən gürcü forvad özünə gələndə isə artıq "Qarabağ" çempionluğu qeyd edirdi.
 
Ən uğurlu transfer – Çumbinyo (Qarabağ). Brazilyalı yarımmüdafiəçi "Qarabağ"ın uğur qazanmasında ən çox pay sahibi olanlardan biridi. Dəqiq ötürmələri, müdafiəçilərin başını gicəlləndirən driblinqləri, o cümlədən də cərimə zərbəsindən vurduğu mükəmməl qollar onun səviyyəsinin yüksək olmasından xəbər verirdi. Mövsüm ərzində 8 qol vurdu, məhsuldar ötürmələri ilə yadda qaldı. Maraq üçün qeyd edək ki, "Qarabağ"ın yarımmüdafiə xəttində çıxış edən Çumbinyo, Reynaldo və Leroy Corcun ümumilikdə məhsuldarlığı (39) "Simurq", AZAL, "Sumqayıt" və "Rəvan"ın vurduğu qolların sayından çoxdu.
 
Ən uğursuz transfer – Jaba Dvali (Qarabağ). Gürcüstanlı futbolçu ölkəmizdə ancaq "Qarabağ"ın avtobusu ilə oyunlara gedib-gəlməklə məşğul oldu. Qurban Qurbanov ona çox az şans verdi. Ancaq meydana çıxdığı oyunlarda da legioner kimi təsir bağışlamadı. Bu da təsadüfi deyil ki, mövsüm başa çatan kimi onunla icarə müddəti uzadılmadı. Düzdü, Ulrix Kopolonqonu da bu nominasiyaya layiq görə bilərdik. Ancaq onun Avroliqa matçında "Piast"ın qapısına vurduğu qol, "Qarabağ"ın mərhələ adlamasına kömək etdiyi üçün, qaradərili futbolçunun işinə yaradı. Eyni zamanda, uğursuz transferlərə digər klublardan da xeyli namizədlər vardı. Lakin hər nominasiyaya yalnız bir futbolçu layiq görüldüyündən, biz də daha çox üzdə olan çempion komandanın "ən uğursuzunu" seçmək məcburiyyətində qaldıq.
 
Mövsümün kəşfi – Müşviq Teymurov (Qəbələ). Gənc müdafiəçi "Qəbələ"nin futbol akademiyasının yetirməsidi. O, cari mövsümdə"qırmızı-qaralı" forma ilə meydana çıxdığı oyunlarda böyük gələcək vəd etdi. Müdafiənin sağında çıxış edən Teymurov 35-ci turda əsas komandanın heyətində qol hesabını da açdı. "Bakı" ilə Avroliqaya vəsiqə uğrunda vacib qarşılaşmada baxımlı qola imza atan Müşviq öz üzərində çalışsa, gələcəkdə əsas milli komandanın üzvlərindən birinə çevrilə bilər.
 
Mövsümün itkisi – Əfran İsmayılov (Bakı). "Qarabağ"dan ayrıldıqdan sonra "Bakı"da əvvəlki oyunundan uzaq düşən Əfran İsmayılov heç də ondan gözlənilən oyunu sərgiləmir. Yarımmüdafiəçi 8 qol vursa da, mövsüm onun üçün bir qədər uğursuz alındı. İsmayılovun tez-tez zədələnməsi və bundan sonra qeyri-sabit oyun sərgiləməsi onun mövsümü uğursuz başa vurmasına səbəb oldu.
 
EMİN SƏFƏROV
Reklam

Reklam


blank
Digər idman növləri2024-04-30 18:27

Şəhriyar Məmmədyarov reytinqdə gerilədi, Teymur Rəcəbov yüksəldi

blank
Dünya futbolu2024-04-30 18:00

İngiltərə çempionatında yeni rekord

blank
Digər idman növləri2024-04-30 17:38

Azərbaycan birinciliyi keçiriləcək

blank
Dünya futbolu2024-04-30 17:19

“Cenoa” norveçli futbolçunu birdəfəlik alır

blank
Digər idman növləri2024-04-30 17:00

Azərbaycanı Avropa Kubokunda 147 cüdoçu təmsil edəcək

blank
Digər idman növləri2024-04-30 16:40

Formula 1-in konsert proqramında Stinq və Eminem olacaq

blank
Digər idman növləri2024-04-30 16:22

Maykl Cordan basketbolçular tərəfindən də dahi sayıldı

blank
Digər idman növləri2024-04-30 16:05

MBA-nın iki oyunu Parisdə keçiriləcək

blank
Dünya futbolu2024-04-30 15:48

Danimarkalı futbolçu “Milan”ı tərk edir

blank
Ölkə futbolu2024-04-30 15:31

Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib

blank
Milli komanda2024-04-30 15:14

Millimiz Slovakiya yığması ilə yoldaşlıq oyunu keçirəcək

blank
Ölkə futbolu2024-04-30 15:00

Azarkeşlər hakimi döymək istədilər, AFFA cəzalandırdı

blank
I Liqa2024-04-30 14:45

“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza

blank
Digər idman növləri2024-04-30 14:32

Mayamidə “Mersedes” və Ferstappen arasında danışıqlar olacaq

blank
Digər idman növləri2024-04-30 14:17

81 boksçu Gəncədə yarışdı

blank
Dünya futbolu2024-04-30 14:02

Sançodan Bundesliqada yeni rekord

blank
Layihə2024-04-30 13:45

Bölgələrdə voleybolun inkişafı naminə: Gəncə nümunəsi

blank
Dünya futbolu2024-04-30 13:31

Super Liqa klubunda yeni baş məşqçi

blank
Dünya futbolu2024-04-30 13:17

Millimizin üzvündən qol ötürməsi

blank
Digər idman növləri2024-04-30 13:02

Türkiyəli baş məşqçiyə 35 min avroluq cərimə

blank
Ölkə futbolu2024-04-30 12:47

Qəbələdə son nöqtə, “Zirə” üçün “soyuq duş”

blank
Digər idman növləri2024-04-30 12:32

Basketbol Liqasında pley-off oyunları start götürür

blank
Digər idman növləri2024-04-30 12:18

Azərbaycanın şahmatçıları AÇ-də xüsusi mükafata layiq görülüb

blank
Digər idman növləri2024-04-30 12:01

Mingəçevir “Prezident Kuboku”na hazırdır

blank
Dünya futbolu2024-04-30 11:47

Ronaldo “Kruzeyro”nu satdı

blank
Dünya futbolu2024-04-30 11:32

“Real” Kurtuanı türk qapıçı ilə əvəz etmək istəyir

blank
Ölkə futbolu2024-04-30 11:25

“Qarabağ” – “Neftçi” oyununun stadionu dəyişib

blank
Digər idman növləri2024-04-30 11:15

MBA: Daha iki konfrans yarımfinalçısı məlum oldu

blank
Müsahibə2024-04-30 10:58

Xəyalın reallaşan xəyalı: “Bu, məsuliyyətdən qaynaqlanan həyəcan idi”

blank
Digər idman növləri2024-04-30 10:43

Olimpiya Təsnifat Turnirində iştirak edəcək Azərbaycan güləşçiləri bilindi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm