Bizi izləyin

Müsahibə

Əmircanov: "Qəbələ"ni ona görə seçdim ki…"

"İnter"in müdafiəçisi Ruslan Əmircanov m&ouml…

blank
"İnter"in müdafiəçisi Ruslan Əmircanov mövsüm başa çatan kimi "bankirlər"in heyətindən ayrıldı. O, hazırda bir neçə klubun maraq dairəsində olsa da, "Qəbələ"yə keçməsi daha real görünür. Futbolinfo.az saytına müsahibə verən Əmircanov əyalət klubuna keçəcəyini təsdiqləmklə yanaşı, bir sıra maraqlı məqamlara toxunub:
 
– Mösüm artıq başa çatdı. "İnter" mövsümə uğursuz başlasa da, sonda gümüş medalları qazandı. Komandanın çıxışını necə dəyərləndirirsiz?
– İlk 6 oyundan 5-ni uduzub, 1-də qalib gəlmişdik. Onda hamı deyirdi ki, "İnter" liqada qalmaq üçün oynayacaq. Bizim gücümüz var idi. Ola bilsin ki, oyunlarımız fərqli idi. Taktikanı dəyişəndən sonra uğur qazana bildik. Əvvəl dördlü müdafiə ilə oynayırdıq. Sonra isə əvvəl öyrəşdiyimiz beşli müdafiəyə keçdik. Bundan sonra da məğlubedilməzklik seriyamız başladı. Düzdü lap zirvəyə qalxa bilmədik. Ancaq uçurumdan dağın zirvəsinə qalxmaq da pis nəticə deyil. Çempion da ola bilərdik. Hər şey öz əlimizdə idi. Bizim yerimizə başqa komanda olsaydı, bəlkə də bunun öhdəsindən gələ bilməzdi.
 
– Artıq "İnter"dən ayrılmısız. Ən çox adınız "Qəbələ" ilə hallanır. Gələcək karyeranızı hansı klubda davam etdirmək fikirindəsiz?
– 2-3 komanda ilə danışıqlar gedir. Artıq mətbuatda "Qəbələ" ilə müqavilə bağladığımı yazırlar. Hansı komanda ilə danışıq aparıramsa, bu, o demək deyil ki, dərhal müqavilə imzalamalıyam. Rəsmi olaraq hələ ki, heç bir komanda ilə müqavilə bağlamamışam. Düzdü, danışıqlar gedir. Ancaq heç nə rəsmiləşməyib.
 
– Onu da nəzərə almaq lazımdı ki, Qəbələ doğulduğunuz Mingəçevir şəhərinə daha yaxındı…
– Düzdü, evimizə yaxındı. Neçə ildi Premyer Liqada çıxış edirəm. Artıq evdən didərgin düşmüşəm. Evə ancaq bayramdan-bayrama gedirəm. Ailəm mənim üçün önəmli olduğuna görə "Qəbələ"ni seçdim ki, oyun başa çatandan sonra evə də gedə bilim. Çünki adama daha əziz, yaxın olan valideyinlərdi. Onların yanında tez-tez olmaq istəyirəm.
 
– Neçə illik müqavilə imzalamaq fikiriniz var?
– Vallah, nə bilim. Lazım olar, bir, ya da 2 illik müqavilə imzalayaram. Onu komandanın rəhbərərliyi ilə söhbət edəcəm. Necə razılığa gəlsək, elə də olacaq. Ola bilsin ki, mənim də necə istədiyimi soruşsunlar. "Qəbələ" elə komandadı ki, orada 5-10 illik müqaviləyə də qol çəkmək olar. Çünki komandanın heç bir problemi yoxdu. Komandaya futbolu bilən adamlar rəhbərlik edir. Yəqin ki, bir-iki günə məsələyə tam aydınlıq gələr. Nəzərimdə "Qəbələ"ni tutmuşam. Ancaq son dəqiqədə nəsə dəyişə də bilər. Həyatdı, ola bilər ki, nədənsə razılaşa bilmədik.
 
– "Qəbələ" Avropa Liqasına vəsiqə qazana bilməsəydi, təklifi qəbul edərdiz?
– Bəli, yenə də gedərdim. "Qəbələ" avrokuboklara vəsiqə qazandığı üçün ora getmirəm ki. Mənə "İnter"dən də çox pul təklif etmirlər. Demək olar ki, eyni miqdardı. Sadəcə, evimizə yaxın olduğu üçün "Qəbələ" variantı daha yaxşıdı. Çünki gələcəkdə ailə həyatı quranda, istəyirəm evimizə yaxın yerdə oynayım, mənim də canım rahat olsun.
 
EMİN SƏFƏROV
Reklam

Reklam


blank
Digər idman növləri2024-04-30 18:27

Şəhriyar Məmmədyarov reytinqdə gerilədi, Teymur Rəcəbov yüksəldi

blank
Dünya futbolu2024-04-30 18:00

İngiltərə çempionatında yeni rekord

blank
Digər idman növləri2024-04-30 17:38

Azərbaycan birinciliyi keçiriləcək

blank
Dünya futbolu2024-04-30 17:19

“Cenoa” norveçli futbolçunu birdəfəlik alır

blank
Digər idman növləri2024-04-30 17:00

Azərbaycanı Avropa Kubokunda 147 cüdoçu təmsil edəcək

blank
Digər idman növləri2024-04-30 16:40

Formula 1-in konsert proqramında Stinq və Eminem olacaq

blank
Digər idman növləri2024-04-30 16:22

Maykl Cordan basketbolçular tərəfindən də dahi sayıldı

blank
Digər idman növləri2024-04-30 16:05

MBA-nın iki oyunu Parisdə keçiriləcək

blank
Dünya futbolu2024-04-30 15:48

Danimarkalı futbolçu “Milan”ı tərk edir

blank
Ölkə futbolu2024-04-30 15:31

Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib

blank
Milli komanda2024-04-30 15:14

Millimiz Slovakiya yığması ilə yoldaşlıq oyunu keçirəcək

blank
Ölkə futbolu2024-04-30 15:00

Azarkeşlər hakimi döymək istədilər, AFFA cəzalandırdı

blank
I Liqa2024-04-30 14:45

“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza

blank
Digər idman növləri2024-04-30 14:32

Mayamidə “Mersedes” və Ferstappen arasında danışıqlar olacaq

blank
Digər idman növləri2024-04-30 14:17

81 boksçu Gəncədə yarışdı

blank
Dünya futbolu2024-04-30 14:02

Sançodan Bundesliqada yeni rekord

blank
Layihə2024-04-30 13:45

Bölgələrdə voleybolun inkişafı naminə: Gəncə nümunəsi

blank
Dünya futbolu2024-04-30 13:31

Super Liqa klubunda yeni baş məşqçi

blank
Dünya futbolu2024-04-30 13:17

Millimizin üzvündən qol ötürməsi

blank
Digər idman növləri2024-04-30 13:02

Türkiyəli baş məşqçiyə 35 min avroluq cərimə

blank
Ölkə futbolu2024-04-30 12:47

Qəbələdə son nöqtə, “Zirə” üçün “soyuq duş”

blank
Digər idman növləri2024-04-30 12:32

Basketbol Liqasında pley-off oyunları start götürür

blank
Digər idman növləri2024-04-30 12:18

Azərbaycanın şahmatçıları AÇ-də xüsusi mükafata layiq görülüb

blank
Digər idman növləri2024-04-30 12:01

Mingəçevir “Prezident Kuboku”na hazırdır

blank
Dünya futbolu2024-04-30 11:47

Ronaldo “Kruzeyro”nu satdı

blank
Dünya futbolu2024-04-30 11:32

“Real” Kurtuanı türk qapıçı ilə əvəz etmək istəyir

blank
Ölkə futbolu2024-04-30 11:25

“Qarabağ” – “Neftçi” oyununun stadionu dəyişib

blank
Digər idman növləri2024-04-30 11:15

MBA: Daha iki konfrans yarımfinalçısı məlum oldu

blank
Müsahibə2024-04-30 10:58

Xəyalın reallaşan xəyalı: “Bu, məsuliyyətdən qaynaqlanan həyəcan idi”

blank
Digər idman növləri2024-04-30 10:43

Olimpiya Təsnifat Turnirində iştirak edəcək Azərbaycan güləşçiləri bilindi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm