Bizi izləyin

Müsahibə

Vaqif Cavadov: "Məqsədim ölkə xaricində oynamaqdı"

Azərbaycan milli komandasının və "İnter" klubunun &uuml…

blank
Azərbaycan milli komandasının və "İnter" klubunun üzvü Vaqif Cavadov AFFA-nın rəsmi saytına müsahibə verib. Futbolinfo.az sizi həmin müsahibə ilə tanış edir.
 
– “İnter”də yaxşı mövsüm keçirdin, ikinci ən məhsuldar oyunçu oldun, komandanla birlikdə gümüş medallar qazanıb Avropa Liqasına vəsiqə qazandın. Ancaq komandandan ayrılacağın deyilir. Bu məsələyə aydınlıq gətirə bilərsənmi?
– Hələ ki, "İnter"dən ayrılmamışam.
 
– Mətbuatda artıq “İnter”dən ayrıldığın yazılır…
– Mətbuat hətta “Xəzər Lənkəran”a transfer olduğumu da iddia edir. Əsassız söhbətdir. Lənkəran klubu ilə heç bir danışıq aparmamışam. Belə bir şey olsa, mətbuatdan niyə gizlədim ki?! Müqaviləm 1 aydan sonra başa çatacaq.
 
– “İnter” müqavilənin müddətini uzatmağı təklif edibmi?
– Bununla bağlı qəti söz deyə bilmərəm. Yəni “İnter”də qalacağımı qətiləşdirməmişəm. Müqaviləm başa çatdıqdan sonra hər şey bilinəcək.
 
– Klubda qalmaq fikrin varmı?
– Hər şey danışıqlardan asılıdı. Sözün açığı, burada maliyyə məsələsi önəm daşımır. Başqa detallar var ki, onu müzakirə etməliyik.
 
– Sirr deyilsə, hansı detallardı?
– İndi açıqlaya bilmərəm, amma maliyyə məsələsi deyil.
 
– Transfer təklifləri olubmu?
– Bəli. Hamısını gözdən keçirirəm. Bir qədər gözləmə mövqeyi seçmişəm. Çünki başqa variantlar var.
 
– Başqa variantlar deyəndə ölkə xaricindən olan təklifləri nəzərdə tutursan?
– Bəli, həm Rusiya, həm də Türkiyə klublarından təkliflər var. Məqsədim ölkə xaricində oynamaqdı.
 
– Yerli klublardan hər hansı təklif varmı?
– Təkliflər var, amma ad çəkməsəm yaxşıdı.
 
– Bir çox futbol mütəxəssisi Vaqif Cavadovun özünü bir futbolçu kimi “İnter”də özünü tapdığını deyirlər. Sən bu fikirlərlə razısanmı?
– Tək mən yox, komanda olaraq yaxşı mövsüm keçirdik. Güclü heyətimiz var. O ki qaldı mənim yaxşı oynamağıma, mən həmin Vaqifəm. Hər klubda olduğu kimi, “İnter”də də komandamın qələbə qazanması üçün əlimdən gələni etmişəm. Hər bir futbolçuya güvənmək lazımdır. “İnter”də həm məşqçilər, həm də komanda yoldaşlarım mənə inandılar, güvəndilər,  mən də pis oynamadım.
 
– “İnter”in oyun üslubuna uyğun futbolçu olduğunu deyirlər…
– Bunu kənardan baxanlar daha yaxşı bilər. Stabil oynadığım üçün yaxşı mövsüm keçirdim.
 
– Amma mövsümün əvvəlində heç də yaxşı nəticələr əldə etmirdiniz, son pillələrdə qərarlaşmışdınız…
– Həmin ərəfədə daha çox mən tənqid olunurdum. “İnter”ə keçməyimin səhv addım olduğunu deyirdilər, ancaq mövsümün sonunda fikirlərini dəyişdilər. İlk vaxtlar bir qədər zamana ehtiyacım var idi. Həm də heyətdə 7-8 yeni legioner vardı. Onların uyğunlaşma prosesi gec oldu. Sevindirici haldı ki, sonradan toparlana bildik.
 
– Ümumiyyətlə, tənqid psixoloji cəhətdən sənə necə təsir edir?
– Nədənsə ən çox tənqid olunan futbolçu mənəm. Tənqidin tərəfdarıyam, amma təhqir olmamalıdır. Ancaq yerli futbolçularla müqayisədə legionerlər daha çox tənqid olunmalıdı. Əcnəbilər bizdən 2 qat üstün oynamalıdılar. Təəssif ki, legionerlər bizdən zəif çıxış edirlər, ancaq yenə də tənqid olunan yerli futbolçulardı. Biz futbolçuları təəssüfləndirən əsas məsələ budu. Hətta bəzi futbolçular ruhdan düşür. Mən isə ruhdan düşmədim. Ailəmin də dəstəyi ilə daha çox çalışdım və komandamın uğur qazanması üçün əlimdən gələni etdim.
 
– Mövsüm başa çatsa da, istirahət etmədən milli komandanın düşərgəsinə yollandın. Qarşıda ABŞ yığması ilə oyun var. Bu oyundan nə gözləyirsən?
– Milli komanda bir ailədir. Uzun fasilədən sonra yenidən birlikdəyik. Amerika ilə oyun maraqlı olacaq. Bu həm ölkəmizin, həm də futbolumuzun təbliği üçün yaxşı fürsətdi. Nüfuzlu bir dövlətın yığması ilə qarşılaşmaq asan iş deyil. ABŞ yığması ilə yoldaşlıq oyunu keçirmək hər komandaya nəsib olmur. İnanıram ki, canlı yayımlanacaq qarşılaşmanı azarkeşlərimiz həvəslə izləyəcəklər.
 
– İyunun 1-dən “İnter” növbəti mövsümün və avrokubok oyunlarının hazırlığına başlayacaq. Sən isə milli komandanın düşərgəsindən yeni qayıdacaqsan, istirahət etməyə zamanın olmayacaq…
– İnanmıram ki, istirahət üçün vaxt verməsinlər. Bizim istirahətə ehtiyacımız var. Bildiyiniz kimi, Premyer Liqa bu il yeni formatda təşkil olundu, ağır təqvim oldu. Hesab edirəm ki, həm rəhbərlik, həm də baş məşqçi bunu anlayışla qarşılayıb dincəlmək üçün ən azı 1 həftə vaxt verəcəklər.  
Reklam

Reklam


blank
Digər idman növləri2024-04-30 18:27

Şəhriyar Məmmədyarov reytinqdə gerilədi, Teymur Rəcəbov yüksəldi

blank
Dünya futbolu2024-04-30 18:00

İngiltərə çempionatında yeni rekord

blank
Digər idman növləri2024-04-30 17:38

Azərbaycan birinciliyi keçiriləcək

blank
Dünya futbolu2024-04-30 17:19

“Cenoa” norveçli futbolçunu birdəfəlik alır

blank
Digər idman növləri2024-04-30 17:00

Azərbaycanı Avropa Kubokunda 147 cüdoçu təmsil edəcək

blank
Digər idman növləri2024-04-30 16:40

Formula 1-in konsert proqramında Stinq və Eminem olacaq

blank
Digər idman növləri2024-04-30 16:22

Maykl Cordan basketbolçular tərəfindən də dahi sayıldı

blank
Digər idman növləri2024-04-30 16:05

MBA-nın iki oyunu Parisdə keçiriləcək

blank
Dünya futbolu2024-04-30 15:48

Danimarkalı futbolçu “Milan”ı tərk edir

blank
Ölkə futbolu2024-04-30 15:31

Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib

blank
Milli komanda2024-04-30 15:14

Millimiz Slovakiya yığması ilə yoldaşlıq oyunu keçirəcək

blank
Ölkə futbolu2024-04-30 15:00

Azarkeşlər hakimi döymək istədilər, AFFA cəzalandırdı

blank
I Liqa2024-04-30 14:45

“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza

blank
Digər idman növləri2024-04-30 14:32

Mayamidə “Mersedes” və Ferstappen arasında danışıqlar olacaq

blank
Digər idman növləri2024-04-30 14:17

81 boksçu Gəncədə yarışdı

blank
Dünya futbolu2024-04-30 14:02

Sançodan Bundesliqada yeni rekord

blank
Layihə2024-04-30 13:45

Bölgələrdə voleybolun inkişafı naminə: Gəncə nümunəsi

blank
Dünya futbolu2024-04-30 13:31

Super Liqa klubunda yeni baş məşqçi

blank
Dünya futbolu2024-04-30 13:17

Millimizin üzvündən qol ötürməsi

blank
Digər idman növləri2024-04-30 13:02

Türkiyəli baş məşqçiyə 35 min avroluq cərimə

blank
Ölkə futbolu2024-04-30 12:47

Qəbələdə son nöqtə, “Zirə” üçün “soyuq duş”

blank
Digər idman növləri2024-04-30 12:32

Basketbol Liqasında pley-off oyunları start götürür

blank
Digər idman növləri2024-04-30 12:18

Azərbaycanın şahmatçıları AÇ-də xüsusi mükafata layiq görülüb

blank
Digər idman növləri2024-04-30 12:01

Mingəçevir “Prezident Kuboku”na hazırdır

blank
Dünya futbolu2024-04-30 11:47

Ronaldo “Kruzeyro”nu satdı

blank
Dünya futbolu2024-04-30 11:32

“Real” Kurtuanı türk qapıçı ilə əvəz etmək istəyir

blank
Ölkə futbolu2024-04-30 11:25

“Qarabağ” – “Neftçi” oyununun stadionu dəyişib

blank
Digər idman növləri2024-04-30 11:15

MBA: Daha iki konfrans yarımfinalçısı məlum oldu

blank
Müsahibə2024-04-30 10:58

Xəyalın reallaşan xəyalı: “Bu, məsuliyyətdən qaynaqlanan həyəcan idi”

blank
Digər idman növləri2024-04-30 10:43

Olimpiya Təsnifat Turnirində iştirak edəcək Azərbaycan güləşçiləri bilindi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm