Ölkə kuboku
Ruslan Tağızadə: "Neftçi" kuboka layiq deyildi"
"Qəbələ"nin müdafiəçisi Ruslan Tağızadə f…
"Qəbələ"nin müdafiəçisi Ruslan Tağızadə futbol üzrə Azərbaycan kubokunun final oyunu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az saytına açıqlamasında bölgə klubunun futbolçusu məğlub olduqları qarşılaşmadan sonra bunları söyləyib:
"Çətin oyun oldu. "Neftçi" kimi komandayla finalda oynamaq həmişə çətindi. Ancaq "Neftçi" kuboka layiq deyildi. Çünki oyun ərzində biz daha istəkli idik. Qoldan əvvəl və sonra da biz daha çox hücum etdik. Onlar ancaq topu müdafiədən uzaqlaşdırmaqla məşğul idi. Buna baxmayaraq, "Neftçi"ni təbrik edirəm. Avrokuboklarda çıxış edəcək bütün komandalara uğurlar arzu edirəm".