Digər idman növləri
“Azərreyl” yarımfinalın ilk oyununda qələbə qazandı
Kişi voleybolçular arasında Azərbaycan çempionatının Yüksək Liqasında yarımfinal mərhələsinə start verilib.
Futbolinfo.az xəbər verir ki, raundun ilk görüşündə “Azərreyl” və MOİK komandaları üz-üzə gəliblər.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan qarşılaşmada birincilər asan qələbə qazanıblar. Görüşün taleyini 3 setdə həll edən “Azərreyl” (25:15, 25:17, 25:12) rəqibin müqaviməti ilə üzləşməyib. Komandalar arasında cavab matçı aprelin 17-də baş tutacaq.
Yarımfinal mərhələsinin digər cütündə aprelin 16-da “Murov Az Terminal” ilə “Neftçi” qarşılaşacaq.