Ölkə kuboku
Rəşad Sadiqov: "Neftçi"dən ayrılmaq istəmirəm"
"Neftçi"nin kapitanı Rəşad Sadiqov futbol üzr…
"Neftçi"nin kapitanı Rəşad Sadiqov futbol üzrə Azərbaycan kubokunun final oyunu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az saytına açıqlamasında paytaxt klubunun üzvü qalib gəldikləri qarşılaşmadan sonra bunları söyləyib:
"Gərgin oyun oldu. Finala yaraşan matç idi. "Qəbələ" də qələbə qazana bilərdi. Sadəcə, Allah bu gün kuboku bizə qismət etdi. Mövsümü titulsuz başa vurmaq istəmirdik. Matçın penaltilər seriyasına gedəcəyini düşünürdüm. Çünki hər iki komanda yorulmuşdu. "Neftçi"dən ayrılmaq istəmirəm. Çünki hələ 1 il müqaviləm var. Rəhbərlik hansı kluba verərsə, hara göndərərsə, onunla da razılaşacam".