Ölkə kuboku
Syomin: “Marat finalın ən yaxşısı idi"
"Qəbələ"nin baş məşqçisi Yuri Syomin futbol &uu…
"Qəbələ"nin baş məşqçisi Yuri Syomin futbol üzrə Azərbaycan kubokunun final oyunu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, bölgə təmsilçisinin rusiyalı çalışdırıcısı məğlub olduqları qarşılaşmadan sonra bunları söyləyib:
“İlk olaraq qeyd edim ki, Azərbaycan kubokunun finalı yaxşı təşkil edilmişdi. Azarkeşlər tərəfindən yaxşı atmosfer yaradılmışdı. Komanda olaraq da pis oynamadıq. Hər iki komanda bu oyunda qələbə qazana bilərdi. Sadəcə, penaltilər seriyasında uduzduq. “Qəbələ” ilk dəfədi ki, ölkə kubokunun finalına çıxır. Nizami Hacıyevin hərəkətinə əsəbiləşmişdim. Çünki o, meydanda vaxt apardı. Əslində o daha yaxşı ötürmə edə bilərdi. Bəlkə də qol olacaqdı. Penaltiləri ən yaxşı hesab etdiyimiz oyunçulara həvalə etmişdik. Onlar vura bilmədi. Marat bugünkü oyunun ən yaxşısı idi, lakin penaltini vura bilmədi. Gələn dəfə penaltiləri oyunun ən zəiflərinə həvalə edəcəyik”.