Dünya futbolu
Kosta İspaniya millisindən ayrıldı
Dieqo Kosta İspaniya millisinin düşərgəsini tərk edib. Futbo…
Dieqo Kosta İspaniya millisinin düşərgəsini tərk edib. Futbolinfo.az xəbər verir ki, “Atletiko”nun Braziliya əsilli forvardı dizaltı qığırdağının müalicəsi üçün belə bir addım atıb. Kostanın sağalması üçün 2 həftə vaxt lazım olacağı deyilir.
Qeyd edək ki, DÇ-2014 öncəsi baş məşqçi Visente Del Boske Kostanın heyətə salınma qərarını həkimlərlə məsləhətləşmədən sonra verəcək. Bir neçə gün əvvəl çalışdırıcı tam sağlam olmayan heç bir futbolçunun Braziliyaya aparılmayacağını bildirmişdi.