Dünya futbolu
“Real” Suares üçün təmasa keçdi
İspaniya nəhəngi “Real” (Madrid) “Liverpul”…
İspaniya nəhəngi “Real” (Madrid) “Liverpul”un hücumçusu Luis Suaresi bu yay heyətinə qatmaq istəyir. Futbolinfo.az xəbər verir ki, Madrid klubu artıq uruqvaylının meneceri Pere Qvardiolayla danışıqlara başlayıb.
Qeyd edək ki, Pere hazırda “Bavariya”nı çalışdıran Xosep Qvardiolanın qardaşıdı.
İddialara görə, “Real” Alvaro Moratonu “Arsenal”a satacağı təqdirdə, Suaresin transfer məsələsini daha da intensivləşdirəcək. Madrid klubu uruqvaylı hücumçuya görə “Liverpul”a 70 milyon avro ödməyə hazırdı.
Xatırladaq ki, “Liverpul” Suaresi 2011-ci ildə “Ayaks”dan 26,5 milyon avroya transfer edib.