Dünya futbolu
Messi hansı sualdan qaçdı?
“Barselona”nın futbolçusu Lionel Messi milli koman…
“Barselona”nın futbolçusu Lionel Messi milli komandadakı çıxışını dəyərləndirib. Futbolinfo.az xəbər verir ki, argentinalı forvard Pele, Maradona və Bekenbauer kimi ulduzların milli komandalarda qazandıqları uğurlara həsəd apardığını deyib:
“Maradona, Pele və Bekenbaueri qısqanıram, ancaq bu, yaxşı mənada qısqanclıqdı. Məqsədim bu əfsanəvi futbolçuları qabaqlamaq deyil, milli komandamla dünya çempionu olmaqdı. 2010-cu ildən indiyə qədər oyunumda müəyyən enişlər oldu”.
Messi "Dünyanın ən yaxşı futbolçusu kimdi?" sualını isə belə cavablandırıb: “Uşqalıqdan indiyə qədər futbol oynamaqdan böyük zövq alıram. Hələ də meydançaya bu niyyətlə çıxıram. Əgər bir gün futboldan həzz almasam, həmin gün futbolu buraxaram. Məncə, bir çox güclü futbolçular var. Onların arasından Neymar, İnyesta, Xavi, Ronaldo, Riberi, Roben və digərlərinin adını çəkə bilərəm. Kimin ən yaxşı olduğunu azarekşlər bilər”.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq