Premyer-liqa
Dias Ulrix Kapolonqonun formasını geyinəcək
Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qar…
Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" bu gün ilk transferini gercəkləşdirdi. Futbolinfo.az xəbər verir ki, brazilyalı hücumçu Ağdam klubu ilə 2 illik müqavilə imzaladı.
Artıq sambaçının "Qarabağ"da neçə nömrəli forma ilə çıxış edəcəyi də bəlli olub. Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov saytımıza açıqlamasında Diasın 11 nömrəli forma ilə çıxış edəcəyini bildirib.
Qeyd edək ki, buna qədər "Qarabağ"da 11 nömrəli formanı mövsümün sonunda komandadan ayrılan konqolu hücumçu Ulrix Kapolonqo geyinirdi.