Dünya futbolu
“Liverpul” ingilis hücumçu ilə anlaşdı
İngiltərənin “Sautqempton” klubunun hücumçu…
İngiltərənin “Sautqempton” klubunun hücumçusu Riki Lambert “Liverpul”a keçməyə yaxındı. Futbolinfo.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
“Qırmızılar” hazırda Mayamidə İngiltərə millisinin düşərgəsində olan 32 yaşlı forvardı tibbi müayinədən keçirməyə hazırlaşırlar. Transferin dəyəri 4 milyon funt təşkil edir.
Qeyd edək ki, Lambert ötən mövsümdə 37 oyunda 13 qol vurub və 11 məhsuldar ötürməylə diqqət çəkib.