Premyer-liqa
Danilo Dias: "Azarkeşlərimizə sözüm odu ki…"
Mövsüm başa çatar-çatmaz transfer çal?…
Mövsüm başa çatar-çatmaz transfer çalışmalarına start verən "Qarabağ" ilk transferini reallaşdırıb. Futbolinfo.az xəbər verir ki, Ağdam klubunun yeni transferi Danilo Dias klubun rəsmi saytına danışıb:
"Çempion komandaya gəlmişəm. Üstəlik, komanda bu titulu qazandıqdan sonra ilk transferiyəm. Biirəm ki, bu vəziyyətdə məndən gözləntilər çoxdu. Təbii ki, bura uğur qazanmağa gəlmişəm. Bunun üçün hər şeyi edəcəm. Komandanın 1 parçası olmaq cox vacibdi. Çünki, uğurları ayrı fərdlər deyil komanda şəklində qazanmaq olar. Bilirəm ki, komandada mənə qədər 3 braziliyalı var. Həmvətənlərimin olması əlbəttə ki, adaptasiya baxımından üstünlükdü. Qarşıdan Çempionlar Liqası gəlir. Bu turnirə yaxşı hazırlaşmaq lazımdır. Azarkeşlərimizə sözüm odu ki, onlar sona qədər meydanda "Qarabağ" üçün döyüşən futbolçu görəcəklər".