Dünya futbolu
Dieqo Kosta yekun heyətə salınacaq
“Atletiko”nun hücumçusu Dieqo Kosta İsp…
“Atletiko”nun hücumçusu Dieqo Kosta İspaniya millisinin heyətində DÇ-2014-ə yollanacaq. Futbolinfo.az xəbər verir ki, bunu İspaniyanın məşhur “AS” dərgisi yayıb. Məlumata görə, Del Boske qolçunun adını yekun heyətə daxil edib.
25 yaşlı forvard bir müddətdi zədədən əziyyət çəkir. Son olaraq o, Çempionlar Liqasının finalında meydana çıxsa da, artıq 10-cu dəqiqədə əvəzlənmək məcburiyyətində qalmışdı.
Qeyd edək ki, mundial iştirakçıları iştirak ərizəsini ən gec iyunun 2-də FİFA-ya təqdim etməlidilər.