Bizi izləyin

Müsahibə

"Qəbələ"nin 2-3 üzvünü komandamda görmək istərdim"

Belçikanın "Anderlext" klubunun 15 yaşadək futbol&…

blank
Belçikanın "Anderlext" klubunun 15 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Stefan Stassin "Qəbələ Kuboku"nun final oyunu çərçivəsində Türkiyə "Fənərbağça"sına qarşı keçirilmiş oyundan (3:0) sonra fikirlərini bölüşüb. Futbolinfo.az xəbər verir ki, belçikalı mütəxəssis öncə turniri dəyərləndirib:
 
– Əvvəllər belə bir turnirin keçirilməsindən xəbərsiz idim. Təxminən üç ay öncə "Qəbələ Kuboku"nda iştirak etmək təklifi aldıq. Bura gələndən sonra isə Qəbələdə hər şeyin çox yüksək səviyyədə olduğunu gördüm. İnfrastruktur, stadionlar, turnirin təşkilatçılığı, bir sözlə, hər şey çox yüksək səviyyədəydi. Çox şadıq ki, belə bir turnirin iştirakçısı olduq. Bu turnirin qalibi olmağımız isə ikiqat sevinc bəxş edir.
 
– Belə bir nəticə qazanacağınızı gözləyirdinizmi?
– Mən komandama güvənirdim. Çünki yaxşı futbol sərgiləməyi bacaran komandamız var. Amma öncədən çempion olacağımızı gözləmirdik. Ən azından ona görə ki, digər iştirakçılar da güclü komandalar idi və onların da qələbə qazanması istisna deyildi. Elə finaldakı rəqibimiz "Fənərbağça" da güclü komandaydı. Türkiyə təmsilçisi xüsusilə fiziki hazırlığına görə çox seçilirdi. Amma buna baxmayaraq, bizim uşaqlar bu gün daha yaxşı futbol sərgiləməyi və çempion olmağı bacardılar.
 
– "Qəbələ"nin çıxışını necə qiymətləndirə bilərsiz?
– "Qəbələ" də yaxşı komandadı. Biz onlara da qarşı oynadıq. Həmin qarşılaşmadan öncə yetirmələrimə tapşırmışdım ki, "Qəbələ"nin oyununu izləsinlər. Hamımız bu komandanın oyununa baxmışdıq. Bizə qarşı ilk hissəni çox yaxşı səviyyədə keçirdilər. Yaxşı oyunçulardan ibarət komandadı. Sadəcə, ikinci yarıda bir qədər zəif çıxış etdilər və 5-6 dəqiqə ərzində iki qol vuraraq, qalib gəldik.
 
– "Anderlext" il ərzində neçə belə turnirdə iştirak edir?
– Səhv etmirəmsə, bu il artıq üçüncü beynəlxalq turnirdə iştirak edirdik. Əvvəlki iki turnirdə üçüncü olmuşduq. Bu dəfə isə finala vəsiqə qazandıq, həlledici oyunda qalib gəldik. Komandamın oyununa bələd olduğum üçün yaxşı nəticəyə ümidliydim. Şadam ki, buna nail olduq.
 
– Akademiyanız bir ildə əsas komandaya neçə futbolçu verə bilir?
– "Anderlext"in futbol akademiyası Avropada ən yaxşılardan sayılır. Ötən mövsüm 3-4 oyunçumuz əsas komandada çıxış etmək şansı qazandı. Bu il də dörd futbolçumuz birinci komandaya dəvət olunacaq. Çünki akademiya çoxlu futbolçular yetişdirir.
 
– "Qəbələ"də elə bir futbolçu diqqətinizi çəkdi ki, onu komandanızda görmək istəyəsiz?
– "Qəbələ"nin futbol akademiyası yeni yaradılıb. Amma burada necə yaxşı işlərin görüldüyü dərhal sezilir. U-15 komandasının heyətində 2-3 yaxşı futbolçu gördüm. Təbii ki, onların komandamıza gəlməsinə icazə versələr, məmnuniyyətlə sıralarımızda görmək istərdik. Məncə, 3-4 il sonra "Qəbələ"nin futbol akademiyasında daha güclü futbolçular görə biləcəksiz.

PƏRVİZ ELTÜRK, Qəbələ

Reklam

Reklam


blank
Ölkə futbolu2024-04-30 19:33

AFFA və UEFA-nın keçirdiyi turnirə yekun vuruldu

blank
Digər idman növləri2024-04-30 19:10

“Prezident Kuboku” reqatasının rəsmi paradı keçirilib

blank
Ölkə futbolu2024-04-30 18:51

“Füzuli”dən “Şahdağ Qusar”la məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-04-30 18:27

Şəhriyar Məmmədyarov reytinqdə gerilədi, Teymur Rəcəbov yüksəldi

blank
Dünya futbolu2024-04-30 18:00

İngiltərə çempionatında yeni rekord

blank
Digər idman növləri2024-04-30 17:38

Azərbaycan birinciliyi keçiriləcək

blank
Dünya futbolu2024-04-30 17:19

“Cenoa” norveçli futbolçunu birdəfəlik alır

blank
Digər idman növləri2024-04-30 17:00

Azərbaycanı Avropa Kubokunda 147 cüdoçu təmsil edəcək

blank
Digər idman növləri2024-04-30 16:40

Formula 1-in konsert proqramında Stinq və Eminem olacaq

blank
Digər idman növləri2024-04-30 16:22

Maykl Cordan basketbolçular tərəfindən də dahi sayıldı

blank
Digər idman növləri2024-04-30 16:05

MBA-nın iki oyunu Parisdə keçiriləcək

blank
Dünya futbolu2024-04-30 15:48

Danimarkalı futbolçu “Milan”ı tərk edir

blank
Ölkə futbolu2024-04-30 15:31

Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib

blank
Milli komanda2024-04-30 15:14

Millimiz Slovakiya yığması ilə yoldaşlıq oyunu keçirəcək

blank
Ölkə futbolu2024-04-30 15:00

Azarkeşlər hakimi döymək istədilər, AFFA cəzalandırdı

blank
I Liqa2024-04-30 14:45

“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza

blank
Digər idman növləri2024-04-30 14:32

Mayamidə “Mersedes” və Ferstappen arasında danışıqlar olacaq

blank
Digər idman növləri2024-04-30 14:17

81 boksçu Gəncədə yarışdı

blank
Dünya futbolu2024-04-30 14:02

Sançodan Bundesliqada yeni rekord

blank
Layihə2024-04-30 13:45

Bölgələrdə voleybolun inkişafı naminə: Gəncə nümunəsi

blank
Dünya futbolu2024-04-30 13:31

Super Liqa klubunda yeni baş məşqçi

blank
Dünya futbolu2024-04-30 13:17

Millimizin üzvündən qol ötürməsi

blank
Digər idman növləri2024-04-30 13:02

Türkiyəli baş məşqçiyə 35 min avroluq cərimə

blank
Ölkə futbolu2024-04-30 12:47

Qəbələdə son nöqtə, “Zirə” üçün “soyuq duş”

blank
Digər idman növləri2024-04-30 12:32

Basketbol Liqasında pley-off oyunları start götürür

blank
Digər idman növləri2024-04-30 12:18

Azərbaycanın şahmatçıları AÇ-də xüsusi mükafata layiq görülüb

blank
Digər idman növləri2024-04-30 12:01

Mingəçevir “Prezident Kuboku”na hazırdır

blank
Dünya futbolu2024-04-30 11:47

Ronaldo “Kruzeyro”nu satdı

blank
Dünya futbolu2024-04-30 11:32

“Real” Kurtuanı türk qapıçı ilə əvəz etmək istəyir

blank
Ölkə futbolu2024-04-30 11:25

“Qarabağ” – “Neftçi” oyununun stadionu dəyişib

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm