Milli komanda
Bernard Lippert: "Yorğunluq hesabda əksini tapdı"
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa…
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində keçirilmiş Azərbaycan – Norveç oyunundan sonra gənc millimizin baş məşqçisi Bernard Lippert oyun haqda fikirlərini bildirib. Futbolinfo.az xəbər verir ki, alman çalışdırıcı bunları dilə gətirib:
"Birinci hissədə pis oynamadıq. Bir neçə qol epizodundan yararlana bilmədik. Fasilədə oyunun ən yaxşılarından olan Elvin Yunuszadənin zədə səbəbindən əvəzlənməsi komandaya mənfi təsir göstərdi, özünəinam hissi azaldı. Topa nəzarəti itirdik, topsuz çox hərəkət etməli olduğumuzdan çox qüvvə sərf etdik və yorğunluq hesabda da öz əksini tapdı".