Bizi izləyin

Premyer-liqa

"Bakı" siyasətini dəyişir: Bahalı transfer olmayacaq!

"Bakı"nın heç bir klubda olmayan futbol akademiyas?…

blank

"Bakı"nın heç bir klubda olmayan futbol akademiyası var. Elə çempionatın gedişində, son 1 ayda Milinko Pantiç 1995-96-cı il təvəllüdlü 15 yetirməmizi meydana buraxaraq burada yetişən gənclərə güvəndiyini göstərdi. İndi də əsas heyətdə oynaması üçün onları təlim-məşq toplanışına aparmağı planlaşdırır" – bu sözləri Futbolinfo.az saytına açıqlamasında "Bakı"nın icraçı direktoru Yaşar Seyidov deyib.

Seyidov paytaxt klubunun transfer bazarında susqun olmasına bu cür aydınlıq gətirib: "Çox transferə ehtiyacımız olmayacaq. Çünki bu cür akademiyamız və yetişdirdiyimiz futbolçular var. Digər komandalar ona görə transfer edir ki, onların ehtiyacı var. Lakin "Bakı"nın buna ehtiyacı yoxdu, bizim öz yetirməmiz çoxdu. Bu gün akademiyamızdakı uşaqlara digər klublardan təkliflər gəlir, lakin vermirik. Hazırda bizim əsas heyətimizdə oynaya biləcək 10-15 nəfər layiqli yetirməmiz var. Baş məşqçi hazırda İspaniyadadı. Mən isə onun tapşırıqları əsasında əsas heyətdə  oynayacaq futbolçuların işi ilə məşğulam. Hətta ad da çəkə bilərəm. Elxan Əhmədov, Vadim Abdullayev, Şəhriyar Əliyev, Namiq Ələsgərov, Vüqar Mustafayev, Rüstəm Rüstəmli, Aydın Mustafazadə, Sənan Bayramzadə, Təyyar Məmmədov, Mətin Əlisoy, Ülvi Süleymanov, Elşən Rzazadə, Tural Qürbətov və bir neçə gənc futbolçu bizim əsas heyətə oynamalı futbolçularımızdı. Pantiç gənclərə daha çox üstünlük verir. Bu səbəbdən "Bakı" klubunun tutduğu yol düzgün yoldu. Bahalı transfer gətirməkdənsə, öz akademiyamızın yetirmələrinə şans verir. Futbol adamı kimi inanıram ki, Azərbaycan milli komandasının uğuru buradan keçir".

Bundan başqa klub rəsmisi "Bakı"nın maliyyə problemləri səbəbindən transfer etməməsi ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib: "Bu maliyyə problemi ilə əlaqədar deyil. Mən rəhbərliyə dəfələrlə müraciət etmişəm ki, akademiyanın uşaqları oynamalıdı. Yəni, "Bakı" öz siyasətini dəyişməlidi. Əsas heyətdə legionerlərə deyil, yerli futbolçulara, gənclərə daha çox şans verilməlidi. Biz bu gün o fikirdəyik ki, yetişdirdiyimiz futbolçular əsas heyətə cəlb olunmalı və öz sözlərini deməlidi. Ümumiyyətlə, bahalı transferlərdən qaçmalıyıq. "Bakı"nın bugünkü siyasəti Azərbaycan futbolunun gələcəyi üçün düşünülmüş bir işdi. Klub prezidenti Hafiz Məmmədovun "Atletiko" ilə apardığı uğurlu anlaşmanın nəticəsidi ki, kubok Bakıya gəlmişdi. "Atletiko" Bakıya gələndə Hafiz müəllim yox idi, ancaq onun idarəçiliyində çalışanlar həmin tədbirdə idi. Ona görə də Hafiz müəllimin tədbirdə olmama səbəbini maliyyə ilə bağlamaq düzgün deyil".

Klubda maliyyə böhranının olmadığını deyən, gənc yerli futbolçulara şans verilməyin vacibliyindən danışan icraçı direktor jurnalistlərdən də dəstək gözlədiklərini bildirdi: "Jurnalistlər də "Bakı" klubuna dəstək verməlidi. Çox vaxt jurnalistləri başa düşə bilmirəm. Əgər bu gün biz öz gənclərimizə, akademiyamızın yetişdirdiyi futbolçulara önəm veririksə, futbolu az-çox bilən insanlar, idman jurnalistləri bizə dəstək verməlidi. Deməlidilər ki, "Bakı" bunu elədi, digər klublar da eləsin. Kubokun finalında "Neftçi"nin gənc futbolçusu Samir Məsimov qol vurdu. Bunun nəyi pisdi ki? Onlar milli komandanı gücləndirəcək. Hər şeyi maliyyə ilə bağlamaq olmaz".

Sonda isə Seyidov intizamsızlığa görə "Bakı"dan "Simurq"a göndərilən, indi isə icarə müddəti bitdiyi üçün geri dönən Mindauqas Kalonasın gələcək taleyindən danışıb: "Komanda toplaşanda Kalonas haqda da bir qərar veriləcək. Mən indi bununla bağlı heç nə deyə bilmərəm. Bunun üçün Pantiçin komanda ilə bir araya gəlməsi lazımdı. Bundan sonra klub prezidenti Hafiz Məmmədovla Pantiç arasında görüş olacaq və son qərar veriləcək".

RÖVŞƏN ƏHLİMANOĞLU

Reklam

Reklam


blank
Dünya futbolu2024-05-03 01:15

“Fiorentina” qələbə qazandı, “Aston Villa” evdə uduzdu

blank
Dünya futbolu2024-05-03 01:03

Avroliqa: “Bayer”dən Romada qələbə, Marseldə heç-heçə

blank
Ölkə futbolu2024-05-02 23:47

Klublar Komitəsinin iclasında müzakirə olunan məsələlər bilindi

blank
Digər idman növləri2024-05-02 23:00

İlk yarımfinalçı bəlli oldu

blank
Milli komanda2024-05-02 22:45

“Prezident Kuboku”: İkinci günün qalibləri mükafatlandırıldı

blank
Milli komanda2024-05-02 22:27

Millimiz Belarus yığmasına uduzdu

blank
Digər idman növləri2024-05-02 20:00

Azərbaycanlı cütlük “Prezident Kuboku”nda üçüncü oldu

blank
Dünya futbolu2024-05-02 19:37

Fransa klubunda baş məşqçi ayrılığı

blank
Ölkə futbolu2024-05-02 19:11

“Sabah” bu bölgələrdə 22 futbolçu seçdi – VİDEO

blank
I Liqa2024-05-02 18:54

“Qaradağ Lökbatan” və “Şamaxı”dan inamlı qələbə

blank
Dünya futbolu2024-05-02 18:36

Rusiya millisi üçün yeni rəqib

blank
Dünya futbolu2024-05-02 18:18

Benzema yenidən “Real”ın düşərgəsinə qayıtdı

blank
Digər idman növləri2024-05-02 17:59

Azərbaycanın daha bir idmançısı “Prezident Kuboku”nda medal qazandı

blank
Dünya futbolu2024-05-02 17:37

Millimizin sabiq üzvü “Əl-İttihad”la müqavilə bağladı

blank
Digər idman növləri2024-05-02 17:19

İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirilib

blank
Ölkə futbolu2024-05-02 17:00

Yüksək Liqada mövsümə yekun vuruldu

blank
Ölkə futbolu2024-05-02 16:43

Martinsdən təşəkkür: “Növbəti mövsüm daha yaxşı olacaq”

blank
Digər idman növləri2024-05-02 16:26

Azərbaycan avarçəkəni “Prezident Kuboku”nun qızıl medalını qazandı

blank
Digər idman növləri2024-05-02 16:09

Gəncədə Açıq Qərb Kuboku

blank
Müsahibə2024-05-02 15:51

Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır

blank
Digər idman növləri2024-05-02 15:34

Senna İmolada yad ediləcək

blank
Digər idman növləri2024-05-02 15:17

“Anadolu Efes”in baş məşqçisi məlum oldu

blank
Digər idman növləri2024-05-02 15:00

Abdullayeva Estoniyada “Prezident Kuboku”nun ən yaxşı hakimi seçildi

blank
Premyer-liqa2024-05-02 14:45

“Turan Tovuz” – “Zirə” oyununun biletləri satışda!

blank
Ölkə futbolu2024-05-02 14:31

Klublar Komitəsinin iclası keçirilib

blank
Dünya futbolu2024-05-02 14:16

Oblakın əvəzinə gürcü qapıçı

blank
Dünya futbolu2024-05-02 14:02

“Yuventus” onu İtaliyaya qaytarır

blank
Dünya futbolu2024-05-02 13:46

ÇL-də həftənin futbolçusu adına namizədlər müəyyənləşdi

blank
Digər idman növləri2024-05-02 13:30

“Həm hücumda, həm də müdafiədə aqressiv oyun sərgilədik”

blank
Digər idman növləri2024-05-02 13:12

“Neftçi” və “Xırdalan”ın pley-offda ikinci görüşü

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm