Ölkə futbolu
"Neftçi"nin futbolçusuna "Ankaraspor"dan dəvət var
"Neftçi"nin yarımmüdafiəçisi Cavid İma…
"Neftçi"nin yarımmüdafiəçisi Cavid İmamverdiyev karyerasını ölkə xaricində davam etdirə bilər. Futbolinfo.az xəbər verir ki, 24 yaşlı futbolçuya Türkiyə PTT 1-ci Liqasında mübarizə aparan "Ankaraspor"dan rəsmi təklif var. Məşqçilər korpusu və klub rəhbərliyinin qərarından sonra İmamverdiyevin taleyinə aydınlıq gələcək.
Böyük ehtimalla yarımmüdafiəçiyə legioner həyatı yaşamaq üçün şərait yaradılacaq. İmamverdiyev Ankara klubunda icarə əsasında çıxış edəcək. Buna səbəb kimi isə 10 nömrənin son mövsümdə istənilən oyunu sərgiləyə bilməməsidi. Adıçəkilən futbolçunun növbəti 1 mövsümü Türkiyə klubunda keçirmək ehtimalı yüksək qiymətləndirilir.
Qeyd edək ki, Cavid İmamverdiyev Topaz Premyer Liqasının son mövsümündə "Neftçi" forması ilə 27 oyuna çıxıb və 3 dəfə rəqib qapısına yol tapıb. Lakin çıxdığı oyunların əksəriyyətində ya əvəzlənib, ya da meydana əvəzetmədən daxil olub.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”