Dünya futbolu
“Çelsi” Lempardla yollarını ayırdı
İngiltərənin "Çelsi" klubunun canlı əfsanəsi Fr…
İngiltərənin "Çelsi" klubunun canlı əfsanəsi Frank Lempard komandadan ayrıldığını açıqlayıb. Futbolinfo.az xəbər verir ki, 35 yaşlı futbolçu 13 ildi şərəfini qoruduğu London klubu ilə vidalaşıb.
"Zadəganlar"la bir çox çempionluq yaşamış Lempardın karyerasını Amerikada davam etdirəcəyi iddia edilir. Frenk açıqlamasında bunları deyib:
"13 il öncə bu möhtəşəm kluba gəldiyim zaman bu qədər çox oyun keçirəcəyimi, bu qədər uğur qazanacağımı gözləmirdim. "Çelsi" həyatımın bir parçası oldu. Bir "Çelsi"li olaraq komandanın daha da inkişaf edəcəyinə inanıram. Buradakı futbolçuların təcrübəsinə şübhəm yoxdu. Bütün gözəl anlar üçün məni dəstəkləyən hər kəsə təşəkkür edirəm. Tarix yazmağa davam edin".
2001-ci ildən "Çelsi"də çıxış edən Lempard meydana çıxdığı 648 matçda 211 dəfə rəqib qapılarına yol tapıb ki, bu da onu klub tarixinin ən məhsuldar futbolçusu edir. O, Premyer iqa və Çempionlar Liqası da daxil olmaqla “Çelsi”də ümumilkdə 13 kubok qazanıb.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”