Ölkə futbolu
Əhməd Ələsgərovun səhhəti pisləşib
"Neftçi”yə SSRİ tarixində yeganə bürün…
"Neftçi”yə SSRİ tarixində yeganə bürünc medalı qazandırmış Əhməd Ələsgərovun səhhətində ciddi problem yaranıb. Futbolinfo.az xəbər verir ki, Ukraynanın Odessa şəhərində olan 79 yaşlı mütəxəssisin yaddaşı tamamilə sıradan çıxıb.
Hətta onun yataq xəstəsi olduğu və ömrünün sonuna sayılı günlərin qaldığı bildirilir. Qocaman mütəxəssisin ailəvi dostu Fərəməz Əsədov Ələsgərovun səhhəti barədə açıqlama verib.
Əsədov dostunun telefon zənglərinə cavab vermədiyini və yaddaşını tamamilə itirdiyini təsdiqləyib: "Ona dünən zəng etmişdim. Amma həyat yoldaşı ilə danışdım. Vəziyyəti dəyişməz qalıb. Yaddaşı tamamilə itib. Heç kimi tanımır. Ancaq yemək-içməyində heç bir problem yoxdu. Səhhətində digər nasazlıqlar da müahidə olunmur". (Sportnet.az)