Ölkə futbolu
Belçikanın DÇ-2014 heyəti
Belçika millisinin baş məşqçisi Mark Vilmots Braziliy…
Belçika millisinin baş məşqçisi Mark Vilmots Braziliyada keçiriləcək dünya çempionatına aparacağı 23 futbolçunun adını açıqlayıb. Futbolinfo.az xəbər verir ki, Radja Nainqqolan və zədəsi sağalmayan Kristian Benteke heyətə düşə bilməyib.
Qapıçı Koen Kasteels isə zədəsinin sağalmasına baxmayaraq, formada olmaması səbəbindən "Zulte Varegem"in üzvü Sammi Bossutla alternativ kimi heyətə daxil edilib. FİFA-nın qaydalarına əsasən, mundial başlayan güqnədək baş məşqçi bu iki qapıçıdan birini geri göndərəcək.
Qapıçılar: Tibo Kurtua (Atletiko), Simon Minyole (Liverpul), Koen Kasteels (Hoffenhaym) və ya Sammi Bossut (Zulte Varegem);
Müdafiəçilər: Tobi Alderveyreld (Atletiko), Entoni Vanden Borre (Anderlext), Daniel Van Buyten (Bavariya), Vinsan Kompani (Mançester Siti), Yan Vertongen (Tottenhem), Tomas Vermalen (Arsenal), Nikolas Lomberts (Zenit), Loran Siman (Standard);
Yarımmüdafiəçilər: Aksel Vitsel (Zenit), Adnan Yanuzay, Maruan Fellayni (hər ikisi “Mançester Yunayted"), Stiven Defur (Porto), Mussa Dembele, Naser Şadli (hər ikisi "Tottenhem"), Kevin de Bröyne (Volfsburq);
Hücumçular: Romelu Lukaku, Eden Hazard (hər ikisi "Çelsi"), Divok Oridji (Lill), Kevin Miralyas (Everton), Dris Mertens (Napoli).
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib