Ölkə futbolu
İngiltərə və "Bavariya" DÇ-2014-ün rekordçusudu
Braziliyada keçiriləcək dünya çempionatına ən &…
Braziliyada keçiriləcək dünya çempionatına ən çox hansı ölkədə çıxış edən oyunçuların siyahısı hazırlanıb. Futbolinfo.az xəbər verir ki, məlum olub ki, mundiala ən çox futbolçu İngiltərədən gələcək.
İştirak ərizələrinə salınan 736 futbolçudan 119-u dumanlı albionda çıxış edir ki, bunlardan da 104-ü Premyer Liqa komandalarında, digərləri isə aşağı divizion təmsilçilərində forma geyir.
Klublar arasında isə ən böyük nümayəndə heyəti “Bavariya”ya məxsusdu. Münhen klubunun 15 futbolçusu dünya çempionatında iştirak edəcək.