Ölkə futbolu
Petev sükutu pozdu: "Azərbaycandan təklif olmayıb"
Yuri Syominin gedişindən sonra baş məşqçi axtarışı…
Yuri Syominin gedişindən sonra baş məşqçi axtarışında İvaylo Petevi seçən "Qəbələ"nin başı qalmaqaldan qurtarmır. Futbolinfo.az xəbər verir ki, Bolqarıstan mətbuatı həmyerlilərinin "Botev"lə anlaşdığını bildirib.
"Qəbələ" tərəfi bunu təkzib etsə də, bolqar mətbuatı yeni və daha ciddi bir iddia ilə çıxış edib. Bu, 38 yaşlı mütəxəssisin açıqlaması ilə bağlıdı. Belə ki, Petev mətbuata verdiyi açıqlamada hələ AEL klubu ilə müqaviləsinin davam etdiyini və "Qəbələ"dən deyil, "Botev"dən təklif olduğunu söyləyib:
"Mənim hələ ki, AEL-lə 2 illik müqaviləm var. Rəhbrəliklə görüşüb öz təklif və ideyalarımı bildirəcəm. Mənə Plovdiv "Botev"indən təklif var. Azərbaycana gedəcəyim barədə yayılan məlumatlar isə əsassızdı. Bu barədə xəbərlər hardan çıxır bilmirəm. Yenə deyirəm, mənim AEL-lə müqaviləm davam edir və öz ideyalarım var".